Sentyabrın 28-də Naxçıvan Dövlət Texniki Kollecinin məzunları və kollecə yeni qəbul olan tələbələr ilə görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Naxçıvan Dövlət Texniki Kolleci də bu qayğıdan bəhrələnib. Kollec üçün yeni tədris kompleksi istifadəyə verilib. Kompleksdə yaradılan auditoriyalar, kimya-biologiya, fizika və baytarlıq laboratoriyaları, tədris olunan ixtisaslara uyğun fənn kabinələri, kompüter otaqları, kitabxana və elektron vəsaitlər burada təhsil alan gənclərin savadlı, bacarıqlı mütəxəssis kimi yetişməsinə geniş imkanlar açıb. Bununla yanaşı kollecdə 2021-2022-ci tədris ilində istifadəyə verilən STEAM kabinəsi tələbələrin qazandıqları nəzəri bilikləri praktiki tətbiq etmək imkanı yaradıb.
Ardını oxu...
|

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzi və həkim ambulatoriyasında aparılan təmir işləri ilə də maraqlanıb. Bildirilib ki, ikimərtəbəli kənd mərkəzi və həkim ambulatoriyasının dam örtükləri, fasadı və iş otaqları təmir olunub, pərdələr və xalçalar yenilənib. Binaların həyətlərində abadlıq işləri görülüb. İnzibati ərazi dairəsi üzrə nümayəndə Rufan Orucov kənddə görülən işlərdən bəhs edib. Ambulatoriyanın baş həkimi Ülkər Quliyeva kollektiv adından minnətdarlıq edib, bundan sonra da yaradılan şəraitdən istifadə edərək kənd əhalisinin sağlamlığının keşiyində duracaqlarına söz verib.
Ardını oxu...  Ölkəmizdə, o cümlədən muxtar respublikada yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində kompleks tədbirlər görülür, kənd yolları yenidən qurulur. Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sirab kənd yolunda yaradılan şəraitlə tanış olub. Bildirilib ki, ümumi uzunluğu 15 kilometr olan kənd yoluna asfalt örtük salınıb, 12 kilometr kənddaxili yollara qum-çınqıl qatı verilib, müxtəlifölçülü 106 metal boru su keçidləri qoyulub, 2 yeni körpü salınıb, 1 körpü təmir edilib, 1990 metr beton su kanalı çəkilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür”. Son illər həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri, sosial sahəyə qayğı və yeni infrastrukturun yaradılması muxtar respublikanın kənd yaşayış məntəqələrini müasirləşdirib. Babək rayonunun böyük yaşayış məntəqələrindən olan Sirab kəndində də quruculuq işləri aparılıb, əhalinin rahat yaşayışı təmin olunub. Sirab kənd məktəbi yenidən qurulub Sentyabrın 26-da Sirab kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
Ardını oxu... 
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə təhsil naziri Rəhman Məmmədov məruzə edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni məktəblər inşa edilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Aparılan təhsil quruculuğu təkcə rayon mərkəzlərini deyil, eyni zamanda ucqar dağ kəndlərini də əhatə etmişdir ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə əlverişli şərait yaratmışdır.
Ardını oxu... |
|