Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri və üzvləri, Almaniyanın “Richard Wolf” şirkətininin regional direktoru və Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzinin direktoru ilə görüşüb.
Ali Məclisin Sədri Bilik Günündə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində ilk dərs saatını tədris edikləri üçün qonaqlara təşəkkür edib, tədris bazası və təhsilin keyfiyyətinə görə Tibb fakültəsinin bölgədə nüfuza malik olduğunu, xarici ölkələrdən tələbələrin təhsil aldığını vurğulayıb.

Ardını oxu...

Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində 15 sentyabr - Bilik Günü münasibəti ilə tədbirlər keçirilib

Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən məktəblərdə əvvəlcə şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.
Tədbirlərdə çıxış edən şəhər və rayon icra hakimiyyətlərinin başçıları Azərbaycan ordusunun keçdiyi Zəfər yolundan danışıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsində və sonrakı dövrlərdə ordumuzun apardığı hərbi əməliyyatlarda döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Şəhidlərin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün nümunə olduğu vurğulanıb.
Qeyd edilib ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı qətiyyətlə alınıb, düşmən xeyli itkilər verərək geri çəkilib. Aparılan hərbi əməliyyatlarda vətənpərvər övladlarımız mətanətlə düşmənə sinə gərib, şəhidlik zirvəsinə ucalıblar. Bu gün məktəblərə qədəm qoyan gənclərimiz də hərtərəfli biliklərə yiyələnəcək, xalqımızın vətənpərvər övladları kimi qəhrəmanlarımızın şərəfli yolunu davam etdirəcəklər.

Ardını oxu...

Bilik Günündə Kimya-Biologiya Təmayüllü Lisey istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 4 avqust tarixli Sərəncamı ilə Kimya-Biologiya Təmayüllü Lisey yaradılıb.
Sentyabrın 15-də - Bilik Günündə Kimya-Biologiya Təmayüllü Lisey kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək ilk dəfə tədrisə başlayan tələbə və şagirdləri, eləcə də muxtar respublikanın ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin bütün şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü, Kimya-Biologiya Təmayüllü Liseyin kollektivini isə həm də yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin müəllimi Məryəm Hüseynova və valideynlər adından Yeganə Nuriyeva çıxış ediblər. Çıxışlarda muxtar respublikada təhsilin inkişafı sahəsində görülən işlərdən bəhs olunub, yaradılan şəraitə görə minnətdarlıq edilib.

Ardını oxu...

Heydər Əliyev adına tam orta məktəbdə Bilik Günü münasibətilə tədbir keçirilib

Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov tədbirdə çıxış edərək müəllim və şagirdləri Bilik Günü münasibətilə təbrik edib. Qeyd olunub ki, bu gün muxtar respublikamızda digər sahələrlə yanaşı, təhsil sahəsi də Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən diqqət və qayğı ilə əhatə olunub, təhsil müəssisələri yeni avadanlıqlarla təchiz edilib, müəllimlərin iş şəraiti yaxşılaşdırılıb. Muxtar respublikamızda təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında məqsədyönlü və düşünülmüş dövlət siyasəti dayanır. İnşa olunan hər bir məktəb binası, yaradılan müasir təhsil şəraiti savadlı və vətənpərvər gəncliyin yetişdirilməsinə xidmət edir.

Ardını oxu...

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey peşəkar kadrların hazırlanmasına öz töhfəsini verəcək

Müstəqillik illərində Naxçıvanda müasir təhsil infrastrukturu yaradılıb, maddi-texniki baza möhkəmləndirilib, ümumtəhsil məktəblərinin ixtisaslı pedaqoji kadrlarla təminatı diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə ən ucqar dağ və sərhəd kəndlərində belə yeni təhsil ocaqları inşa olunub, ümumtəhsil məktəblərində təhsil şəraiti şəhər məktəbləri səviyyəsinə çatdırılıb.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg