Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Ümumdünya Şahmat Federasiyasının qərarına əsasən 2022-ci ilin oktyabr ayında Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcəkdir.
Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində olimpiadaya hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açıb, muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlərdən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini, Təşkilat Komitəsinin üzvü Emin Hacıyev olimpiadaya hazırlıq işləri ilə bağlı məlumat verib. Qeyd olunub ki, Naxçıvan Şahmat Mərkəzində təmir işləri aparılıb, Beynəlxalq Şahmat Federasiyasının standartlarına uyğunlaşdırılıb, elektron şahmat lövhələri alınıb. Olimpiadanın rəsmi internet səhifəsi və əsasnaməsi hazırlanaraq Beynəlxalq Şahmat Federasiyasına göndərilib və məlumatlar federasiyanın rəsmi internet səhifəsində yerləşdirilib. Bu günədək 25 ölkədən 34 komanda qeydiyyatdan keçib.

Ardını oxu...

Hər bir ölkənin inkişafını təmin edən başlıca şərtlərdən biri təhsildir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.
Ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyası Azərbaycanda ixtisaslı milli kadrların hazırlanmasının əsasını qoymuş, iqtisadi potensial inkişaf etdirilmiş, sosial­-mədəni, elm-təhsil və milli-mənəvi dəyərlər dirçəldilmiş, bu yolla gələcək müstəqillik üçün etibarlı zəmin yaradılmışdır. Dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirmiş, bu sahədə kompleks islahatlar həyata keçirilmişdir. “Müstəqil Azərbaycan Respublikasında təhsil, tərbiyə işi dövlətin əsas vəzifəsidir, dövlət başçısının, Prezidentin xüsusi qayğısı altındadır və onun əsas vəzifələrindən biridir”, – deyən ulu öndərin təhsil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı tərəfindən təhsil sistemində yenidənqurmanın həyata keçirilməsi, əlverişli şəraitin yaradılması, təhsilin inkişafı istiqamətində Dövlət pro­qramları və sərəncamların imzalanması təhsilimizin daha da inkişaf etdirilməsinə xidmət göstərir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

Sentyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çen və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Naxçıvan Muxtar Respublikası ilə Asiya İnkişaf Bankı əlaqələrindən, həyata keçirilən layihələrdən bəhs olunub, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

 

Distant təhsilə cəlb olunan sağlamlıq imkanı məhdud uşaqlara kompüter, məktəbli formaları və dərsliklər verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  gələcəyimizin təminatçısı olan uşaqlara qayğını dövlətin əsas vəzifəsi hesab edərək demişdir: “O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var”. Gənclərə və uşaqlara dövlət qayğısının bəhrələri bu gün muxtar respublikamızda aydın görünür.
Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların da fərdi inkişafı, yaradıcılıq potensialının üzə çıxarılması onların cəmiyyətə inteqrasiyası  istiqamətində zəruri tədbirlər görülür. Bu tədbirlərin davamı olaraq  sentyabrın 13-də yeni  distant təhsilə cəlb olunan sağlamlıq imkanı məhdud uşaqlara kompüter, məktəbli formaları və dərsliklər verilib.

Ardını oxu...

Pedaqoji profilli ixtisasları bitirən 163 gənc müəllim işlə təmin olundu

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə sentyabrın 12-də görüş keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov tədbiri giriş sözü ilə açaraq muxtar respublikada təhsilə göstərilən yüksək dövlət qayğısından danışmışdır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg