Bu gündən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçiminə start verilir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən abituriyentlərin qeydiyyatının aparılması və ixtisas seçimində onlara yaxından köməklik göstərilməsi məqəsdilə rayon (şəhər) təhsil şöbələrində məsul şəxslər müəyyənləşdirilib. Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər barədə rayon (şəhər) təhsil şöbələrindəki həmin məsul şəxslərə müraciət edə bilərlər. İxtisas seçimi bütün ixtisas qrupları üzrə 2022 ci il avqustun 28-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyentlər müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər. İxtisas seçimi mərhələsində abi¬turi¬yentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünva¬nında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. İmtahan verdikləri ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyentlər həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edirlər.
Ardını oxu...
|

Muxtar respublikada ümumtəhsil məktəblərinin ixtisaslı kadrlarla komplektləşdirilməsi və kadr pontensialının inkişaf etdirilməsi məqsədilə növbəti test imtahanlarının keçirilməsinə start verilib. Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 14 aprel 2018-ci il tarixli qərarına əsasən keçirilən müsabiqəyə ən çox Şərur (65), Ordubad (46) rayonları və Naxçıvan (29) şəhərindən olmaqla ümumilikdə 235 vakant vəzifə çıxarılıb.
Ardını oxu... 
Bu gün muxtar respublikada bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunub. Təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, ümumtəhsil məktəblərinin maddi-tədris bazası ildən–ilə möhkəmləndirilir, şagirdlərin yüksək təhsil alması, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün müasir məktəb binaları inşa olunaraq məktəblilərin ixtiyarına verilir. Ümummilli liderin adını daşıyan Heydər Əliyev adına tam orta məktəb üçün də 2004-cü ildə müasir üslubda bina inşa olunub, təhsil ocağı informasiya-kommunikasiya texnologiyaları ilə təhciz olunub. Məktəbdə 60 sinif otağı, 5 elektron lövhəli sinif, komputer otağı, kimya, biologiya və fizika laborotoriyaları, kitabxana, hərbi kabinə, 2 şahmat sinfi və idman zalı vardır. Məktəbin komputer otaqlarında 57 komputer dəsti quraşdırılıb. Göstərilən dövlət qayğısı sayəsində məktəbdə tədrisin səviyyəsi ildən–ilə yüksəlir.

Ardını oxu... |
|