“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 30-cu ildönümü 5-ci sərhəd zastavası üçün yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi ilə qeyd olunub

Avqustun 22-də  - “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümündə 5-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.
Bildirilib ki, 5-ci sərhəd zastavası 1932-ci ildən fəaliyyət göstərir və xidmət sahəsi 9 kilometrdir. Yeni xidmət və yaşayış kompleksinin inşasına 2021-ci ilin sentyabr ayında başlanılıb. İkimərtəbəli qərargah binasında əsgərlər üçün 40, subay zabitlər üçün 8 yerlik yataqxana, sinif, silah, rabitə və 3 iş otağı, 28 yerlik yeməkxana, ərzaq və tərəvəz anbarları, qurutma otağı və sığınacaq yerləşir. Ərazidəki yardımçı binada camaşırxana, mərkəzi qazanxana, 2 avtomobil saxlancı, əşya, yanacaq-sürtkü materialları və silah anbarları vardır.

Ardını oxu...

Direktor və müavinlərinin maaşlarına aylıq əlavələrin hesablanması qaydası açıqlanıb

Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib.

Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələr:

Təhsilalanların sayı

(hər il yanvarın 1-i tarixinə)

Direktorun vəzifə maaşına aylıq əlavə (manatla)

Direktor müavininin vəzifə maaşına aylıq əlavə

(manatla)

500-dən 700-dək

600

200

700-dən 900-dək

750

250

900-dən 1300-dək

900

300

1300-dən 1700-dək

1050

350

1700-dən 2100-dək

1200

400

2100-dən 2500-dək

1350

450

2500-dən çox

1500

500

Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr:

Sertifikatlaşdırmanın nəticəsi üzrə

Dövlət ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə (faizlə)

keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış

təhsilverənlərə

35

keçid balını toplamış digər

təhsilverənlərə

10

Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edilib

Prezident İlham Əliyev avqustun 18-də Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Fərman imzalayıb
Fərmanda deyilir:

Ardını oxu...

Təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara qızıl və gümüş nişanlar təqdim olunub

Avqustun  18-də Naxçıvan Dövlət Texniki Kollecində 2021-2022-ci tədris ilində məktəbi xüsusi nailiyyətlə başa vuran məzunlarla görüş keçirilmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qızıl və gümüş nişanlarla təltif olunan məzunları təbrik etmiş, qazandıqları uğurun muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının nəticəsi olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki,  muxtar respublikamızda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunmuşdur. Bu işlərin ənənənə halını aldığını bildirən Rəhman Məmmədov qeyd etmişdir ki,  hazırda da 17 təhsil müəssisəsində binaların tikintisi və ya yenidənqurulması davam etdirilir.
Qeyd olunmuşdur ki, yaradılan şərait nəticəsində təhsil müəssisələrində tədrisin keyfiyyəti yüksəlmiş, istedadlı şagirdlərin sayı artmışdır. Öz istedadı ilə seçilən şagirdlər dövlət qayğısı ilə əhatə olunmuş, onların adı gənc istedadların qızıl kitabına yazılmışdır. Bu tədris ilində  də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə idman və STEAM təhsili  sahəsində fərqlənən 2 şagirdin adı Naxçıvan Muxtar Respublikasının Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

Ardını oxu...

Muxtar respublikanın 8 müəllimi ölkə üzrə keçirilən VI qrant müsabiqəsinin qalibi olub

Bu gün muxtar respublikada dövlətimiz tərəfindən müəllim əməyinə yüksək qiymət verlir. Göstərilən diqqət və qayğılnın nəticəsidir ki, öz fəaliyyəti ilə seçilən 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar müəllim fəxri adına layiq görülüb, tərəqqi medalı ilə təltif olunub. Ümumtəhsil müəssisələrində müəllimlər üçün yaradılan müsair  iş şəraiti, onların  müxtəlif ixtisasartırma kurslarına cəlbi, 2018-ci ildən başlayaraq müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə aparılması, 2020-ci ildən isə    müəllimlərin  sertifikasiyaya cəlb olunması onların bilik və bacarıqlarının inkişafı üçün bir stimul olub. Müəllimlər şagirdlərə müasir biliklər  aşılamaqla yanaşı, müxtəlif yarış və  müsabiqələrdə  də iştirak edərək uğur  qazanırlar.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən və hər il keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin builki nəticələri açıqlanıb. Bu müsabiqədə də ümumtəhsil məktəblərimizin müəllimləri iştirak edərək uğurlu nəticələr əldə ediblər. Müsabiqə “Ümumtəhsil müəssisələri” kateqoriyası və fərdi katoqoriya üzrə keçirilib və  müsabiqəyə ümumilikdə 1101 layihə təqdim edilib. Daxil olan layihələrin 256-sı ümumi təhsil müəssisələrinin, 845-i təhsilverənlərin fərdi layihələri olub. Bütün layihələr ekspert qrupları tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 299 layihəyə qrant verilməsinə dair qərar qəbul edilib.
“Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nə  Naxçıvan Muxtar Respublikasının  ümumtəhsil məktəblərindən   50 müəllim  qatılıb.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg