Aprelin 29-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan “Mütaliə aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir. Muxtar respublikada şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında məktəb kitabxanalarının rolu və əhəmiyyəti nəzəri alınaraq kitabxanalar zəruri avadanlıqlarla təchiz olunmuş, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülmüş, kitabxana fondu dərslik və bədii ədəbiyyatla zənginləşdirilmişdir.
Ardını oxu...
|
El arasında “Yolun açıq olsun!” sözlərini, adətən, kimsə harasa gedəndə deyirlər. Ancaq bu sözün həm də müxtəlif məna çalarları var. Yol barədə mövcud olan bir sıra aforizmlər bunun ən gözəl nümunəsidir. Məsələn, “Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir” (Balzak), “Əgər getdiyiniz yolda çətinlik və maneələr yoxdursa, bilin ki, o yol sizi heç yerə çatdırmaz” (Bernard Şou), “Allahı sevməyin yolu onun yaratdıqlarını sevməkdən keçir” (Əbu Turxan), “Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil” (Konfutsi) və sair. Bu yollar içərisində bir yol da var: İNKİŞAF YOLU. Bu gün Naxçıvan Muxtar Respublikasının mediası da göstərilən diqqət və qayğı sayəsində məhz bu yolla irəliləyir.
Ardını oxu... AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan görkəmli alim, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə interaktiv dərs keçirilib. “Oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva” mövzusunda dərsi bölmənin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova aparıb. Tədqiqatçı məktəblilərə əvvəlcə akademikin mənalı ömür yolu haqqında məlumat verib, onun sahib olduğu mühüm insani keyfiyyətlərdən söz açıb. Vurğulanıb ki, zəhmətsevərliyi, səmimiliyi, yüksək intellekti ilə insanların rəğbətini qazanan akademik Zərifə Əliyevanın şəxsiyyətində doğma vətənə, xalqa bağlılıq və başqa yüksək mənəvi keyfiyyətlər öz təcəssümünü tapmışdı.
Ardını oxu...
Aprelin 28-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar alimin adını daşıyan Şahtaxtı kənd tam orta məktəbində tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları görkəmli akademikin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə yaxından tanış olublar.
Ardını oxu...
Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması, müasir hidrotexniki qurğuların tikilməsi diqqətdə saxlanılır. Torpaqların su təminatının yaxşılaşdırılması əkinçilikdə yüksək məhsuldarlığın əldə olunmasına və ərzaq təhlükəsizliyinə töhfə verir, tələbat yerli istehsal hesabına ödənilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Tədbirlər Planına uyğun olaraq bu sahədə işlər davam etdirilir, yeni nasos stansiyaları tikilir, torpaq sahələri əkin dövriyyəsinə qatılır.
Ardını oxu... |
|