
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında təşkil olunan “Bakı Marafonu 2022”-yə mayın 15-də start verilib. Beşinci dəfə keçirilən marafon bu il fərqli format və marşrutda reallaşıb. İştirakçılar Dövlət Bayrağı Meydanından başlayaraq 21 kilometrlik məsafə üzrə dövrə vurmaqla eyni məkana – finiş nöqtəsinə gəliblər. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıblar. İlk üçlüyə düşənlər pul mükafatı, həmçinin medal və sertifikatlarla, finiş xəttini keçən ilk 1000 iştirakçı isə marafonun xüsusi medalları ilə təltif olunub.
Ardını oxu...
|

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə ölkə birinciliyi keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 150-ə yaxın atlet öz qüvvəsini sınayıb. Məşqçi Şəfi Hüseynovun rəhbərliyi ilə Naxçıvan Atletika Federasiyasının idmançısı Həsən Babayev yarışa qatılmaqla medallar uğrunda mübarizə aparıb.
Ardını oxu... Mayın 15-də Naxçıvan Muxtar Respublikası məktəbliləri arasında Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib. Müsabiqə Naxçıvan şəhərində 17 nömrəli tam orta məktəbində keçirilib. Fənn nüsabiqələrində muxtar respublikanın ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri iştirak edib. Müsabiqədə şagirdlərə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən 50 sual təqdim olunub, onlara 180 dəqiqə vaxt ayrılıb. Qeyd edək ki, hər sual 2 balla qiymətləndiriləcək, 4 səhv cvab 1 düzgün cavabı aparır.
Ardını oxu... Mayın 15-də Lütfi Zadə adına məntiq olimpiadasının muxtar respublika məktəbliləri arasında final mərhələsi keçirilib. Olimpiada Naxçıvan şəhərində 17 nömrəli tam orta məktəbdə keçirilib. Olimpiadada Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri iştirak edib. Olimpiadada şagirdlərə Riyaziyyat fənni üzrə 30 sual təqdim olunub, onlara 120 dəqiqə vaxt ayrılıb.
Ardını oxu... 
Sərhədlərin etibarlı mühafizəsi dövlət müstəqilliyinin əsas şərtlərindəndir. Bu gün muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasını da əhatə etmişdir. Dövlət qayğısı nəticəsində diviziyanın maddi-texniki bazası möhkəmləndirilib, bütün sərhəd zastavalarında şəxsi heyət üçün yüksək xidmət və məişət şəraiti yaradılıb. Mayın 14-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında əsgər yataqxanası və idman kompleksi yenidənqurma işlərindən sonra təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib. Sonra Ali Məclisin Sədri yaradılan şəraitlə maraqlanıb.
Ardını oxu... |
|