Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 30, ingilis dili fənni üzrə 10 sual olmaqla, ümumilikdə 70 sual təqdim edilib. Sualları cavablandırmaq üçün 180 dəqiqə vaxt verilib. Test formatında keçirilən imtahanda muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird lise yə qəbul ediləcək. Şagirdlər liseydə V sinifdə təhsil alacaqlar. 2022-2023-cü tədris ili üzrə Naxçıvan Şəhər Qızlar Liseyinə qəbul imtahanı mayın 14-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilib.
Ardını oxu...
|
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada şəhərdaxili və rayonlararası nümunəvi sərnişindaşıma xidməti həyata keçirilir, müasir avtobuslar və elektrobuslar alınaraq xəttə buraxılır. Bu da vətəndaşların rahatlığına, eləcə də ekoloji təhlükəsizliyə xidmət edir. Mayın 13-də “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsinə 6 yeni elektrobus təqdim olunub.
Ardını oxu... Sonda komandanın üzvülərinə Təhsil Nazirliyinin təşəkkürnamələri təqdim olunub.Məktəbin hərbi rəhbəri Aləm Hacıyev hərbi rəhbərərlərin peşəkarlıq səviyyələrinin artırılması istiqamətində muxtar respublikada görülən işlərin nəticəsiz qalmadığını bildirib, göstərilən dövlət qayğısına görə minnətarlıq edib.Təhsil naziri Sabirkənd tam orta məktəbinin komandasının üzvlərinə, məktəbin kollektivinə və hərbi rəhbəri Aləm Hacıyevə təşəkkür edib, təhsildə uğurlar arzulayıb.Bildirilib ki, muxtar respublikanın şagirdləri hərbi vətənpərvərlik istiqamətində keçirilən yarışlarda da yüksək nəticə əldə edirlər.
Ardını oxu... 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün mayın 11-dən 27-dək link http://eservices.dim.gov.az/qabiliyyet vasitəsilə qeydiyyatdan keçməlidirlər. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Abituriyent təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin hər hansı biri üzrə qeydiyyatdan keçə bilər. Abituriyent seçdiyi 1 istiqamətə aid ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ən çoxu 4 komissiyası üzrə qeydiyyatdan keçə bilər. İslamşünaslıq ixtisası üzrə Dini-Psixoloji Komissiyadan (DPK) qeydiyyatdan keçən abituriyentlər daha üç komissiya üzrə qeydiyyatdan keçə biləcəklər.
Ardını oxu... Yarışa muxtar respublika mərhələsinin qalibi kimi qatılan "Ordubad" komandası uğurlu nəticəyə müvəffəq olub. Təmsilçimiz 3-cü yerə sahib çıxaraq mükafatçılar sırasına düşüb. Birinci və ikinci yerlərə müvafiq olaraq "Nizami" və "Sumqayıt" komandaları layiq görülüblər. Komandalara mükafatları Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov təqdim edib. Məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərilməsi məqsədilə təşkil olunan "Şahin" hərbi-idman oyunu üzrə Azərbaycan birinciliyinin final mərhələsi reallaşıb. Yarış Bakı şəhərində - Hərbi Qənimətlər Parkının yanında ayrılmış xüsusi ərazidə keçirilib. Müxtəlif bölgələrdən 18 komanda qələbə uğrunda mübarizə aparıb. "Şahin"lərimizi təbrik edir, dərslərində müvəffəqiyyətlər arzu edirik! |
|