Naxçıvan məktəbliləri “Teknofest Azərbaycan”da

Son illər muxtar respublikamızda aparılan uğurlu təhsil siyasətinin nəticəsidir ki, Naxçıvan məktəbliləri və tələbələr bu günlərdə qardaş Türkiyənin təşkilatçılığı ilə keçirilən 4 günlük festivalda fəal iştirak ediblər. Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 26-29-da Bakıda ilk dəfə olaraq Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı bulvar ərazisində keçirilən festivalda Naxçıvan Muxtar Respublikasının da nümayəndə heyəti iştirak edib.

Ardını oxu...

STEAM Tədris Mərkəzindən “Müxtəlif layihələrin hazırlanması” mövzusunda növbəti interaktiv dərs keçirilib

Şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tərəfindən hazırlanmış qrafikə uyğun 26 may 2022-ci il tarixdə muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı növbəti interaktiv dərs təşkil olunub. İnteraktiv dərs Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzində keçirilib.

Ardını oxu...

Məktəblilərimiz “TEKNOFEST Azərbaycan” festivalında iştirak edir

Naxçıvan Muxtar Respublikasının  ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət “Analitik”, “Young İnventers” komandaları və “Kəşf robot” layihəsi müsabiqədən yüksək xal toplayaraq 26-29 may 2022-ci il tarixlərində  Bakı şəhərində keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalında iştirak hüququ qazanıblar.
Bu gündən start verilən  “TEKNOFEST Azərbaycan” festivalında ümumi olaraq muxtar respublikanın  ümumtəhsil məktəblərindən 3 layihə rəhbəri və 7 şagird “Kəşf robotu”, “Yol təhlükəsizlik” və “Heyvandarlıq təsərrüfatında avtomatik yemləmə sistemi” layihələri ilə iştirak edirlər.
İştirakçılara uğurlar arzulayırıq !

Sağlamlıq imkanları məhdud uşaqlar arasında “İstedadlar səhnəsi”adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin,  o cümlədən bu kateqoriyadan olan uşaqların fərdi inkişafı, yaradıcılıq əzminin stimullaşdırılması, onların cəmiyyətə inteqrasiyası  istiqamətində zəruri tədbirlərin icrası uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində, aprel ayının əvvəllərindən başlayaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı ilə “İstedadlar səhnəsi” adlı yaradıcılıq müsabiqəsinə start verilib. Ötən ay muxtar respublikanın müxtəlif şəhər və rayonlarında ilkin və final mərhələsi təşkil olunan müsabiqənin mükafatlandırma mərhələsi Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş olub

Mayın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türk Tarix Qurumunun sədri Birol Çətin ilə görüşüb.
Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə Türk Tarix Qurumu arasında imzalanan əməkdaşlıq protokolunun əhəmiyyətini vurğulayıb, ortaq türk tarixinin yazılmasının vacibliyini diqqətə çatdırıb. Qədim türk torpağı olan Naxçıvanın tarixinin Nuh Peyğəmbərlə bağlı olduğunu bildirən Ali Məclisin Sədri Anadolunun türkləşməsində və İslam dininin o ərazilərdə yayılmasında Naxçıvanın rolundan danışıb.Ali Məclisin Sədri müstəqillik illərində Naxçıvan tarixinin öyrənilməsi sahəsində görülən işlərdən bəhs edib, Naxçıvanşünaslığın mühüm elmi nailiyyətlərlə zənginləşdirildiyini qeyd edib, birgə əməkdaşlığın faydalı olacağına əminliyini bildirib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg