“Tariximizi qoruyaq və yaşadaq” aksiyasında məktəblilər 225 eksponat toplayıb

Ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada toplanan eksponatlar Mədəniyyət Nazirliyinə təqdim edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət  nazirinin müavini Həsən Kərimov bildirib ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, mədəniyyətin və incəsənətin inkişafında əldə edilən uğurların əsasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu inkişaf və tərəqqi strategiyası dayanmışdır. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mədəni irsimizin qorunması, yeni muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin mühafizəsi və bərpası, görkəmli şəxsiyyətlərimizin xatirəsinin əbədiləşdirilməsi və yubileylərinin qeyd olunması sahəsində çoxsaylı fərman və sərəncamlar imzalanmışdır.

Ardını oxu...

Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədii tikmə - toxuculuq kursları təşkil olunub

Muxtar respublikada yaşayan bütün uşaqlarlar kimi, sağlamlıq imkanları məhdud uşaqlar da  hər zaman dövlət qayğısı ilə əhatə olunmuş, onların hərtərəfli inkişafı, cəmiyyətə adaptasiyası və inteqrasiyası, təhsil hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən də  mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda dünyagörüşünün formalaşması, eləcə də bu kateqoriyadan olan uşaqların müxtəlif sahələrdə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüş, onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə, tarixi abidələrə virtual gəzintiləri, həmçinin məktəbdənkənar tərbiyə müəssisələrinin dərnəklərinə onlayn ekskursiyaları təşkil olunmuşdur.

Ardını oxu...

Mayın 17-də Naxçıvan Şahmat Mərkəzində növbəti interaktiv dərs keçirilib.

Dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, Şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub.
Debütdən sonra oynamaq şahmata yeni başlayanlar üçün çətin olur. Buna görə də şagirdlər üçün keçirilən interaktiv dərs “Debütdən sonra necə oynamaq lazımdır” mövzusuna həsr olunub.Beynəlxalq dərəcəli hakim Emin Hacıyev tərəfindən aparılan dərsdə şagirdlərə plan svə  yaxşı sonluğa keçmək qaydaları izah olunub.
Ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilən seminar-treninqdə beynəlxalq dərəcəli hakim Emin Hacıyev müəllimləri maraqlandıran suallar ətrafında geniş izah verib, xüsusilə yarış keçirmək qaydaları haqqında söhbət aparıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən dərsliklərin müzakirəsi davam etdirilir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin qabaqcıl sinif müəllimlərinin, muxtar respublikanın ali təhsil ocaqlarının professor və müəllim heyətinin, Naxçıvan şəhərinin  ümumtəhsil məktəblərində pedoqoji təcrübə keçən tələbələrin iştirakı    ilə III sinif Azərbaycan Dili və Riyaziyyat  dərsliklərinin müzakirəsi keçirilib.
Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə" keçirilən  müşavirədə Ali Məclisin Sədri tərəfindən verilən  tapşırıqların icrası diqqətdə saxlanılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Mayın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının İslam Şurası Məclisi sədrinin birinci müavini, İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Əli Nikzadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb..

Ali Məclisin Sədri qonaqları Naxçıvan Muxtar Respublikasında görməkdən və Əli Nikzadın İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri seçilməsindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında müxtəlif sahələrdə dostluq və əməkdaşlıq qruplarının, iqtisadi şuraların fəaliyyət göstərdiyini bildirən Ali Məclisin Sədri həmsədri olduğu Azərbaycan-İran Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun fəaliyyəti və tərkibi barədə məlumat verib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg