Qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat başlayıb

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün mayın 11-dən 27-dək link http://eservices.dim.gov.az/qabiliyyet vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Abituriyent təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin hər hansı biri üzrə qeydiyyatdan keçə bilər. Abituriyent seçdiyi 1 istiqamətə aid ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ən çoxu 4 komissiyası üzrə qeydiyyatdan keçə bilər. İslamşünaslıq ixtisası üzrə Dini-Psixoloji Komissiyadan (DPK) qeydiyyatdan keçən abituriyentlər daha üç komissiya üzrə qeydiyyatdan keçə biləcəklər.

Ardını oxu...

"Ordubad" komandası “Şahin” hərbi-idman oyununda ölkə üçüncüsü olub

Yarışa muxtar respublika mərhələsinin qalibi kimi qatılan "Ordubad" komandası uğurlu nəticəyə müvəffəq olub. Təmsilçimiz 3-cü yerə sahib çıxaraq mükafatçılar sırasına düşüb. Birinci və ikinci yerlərə müvafiq olaraq "Nizami" və "Sumqayıt" komandaları layiq görülüblər. Komandalara mükafatları Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
Məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərilməsi məqsədilə təşkil olunan "Şahin" hərbi-idman oyunu üzrə Azərbaycan birinciliyinin final mərhələsi reallaşıb. Yarış Bakı şəhərində - Hərbi Qənimətlər Parkının yanında ayrılmış xüsusi ərazidə keçirilib. Müxtəlif bölgələrdən 18 komanda qələbə uğrunda mübarizə aparıb.
"Şahin"lərimizi təbrik edir, dərslərində müvəffəqiyyətlər arzu edirik!

IX, X və XI sinif şagirdləri üçün “Açıq qapı” günləri təşkil olunub

Bu gün muxtar respublikada iqtisadiyyatın inkişafı, tikinti və xidmət sahələrinin genişləndirilməsi, sənaye müəssisələrinin yaradılması, yeni maşın və mexanizmlərin tətbiqi peşə təhsilini günün tələbinə çevirmişdir.
Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında peşə təhsilinə marağın artırılması məqsədilə Naxçıvan Şəhər Peşə Liseyində, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəblərində“Açıq qapı” günləri təşkil olunmuşdur.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Naxçıvan marafonu – 2022” keçirilib.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı, “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Naxçıvan marafonu – 2022” keçirilib. Yaşı 14-dən yuxarı şəxslərin iştirak etdiyi marafon saat 1100 İlham Əliyev adına Olimpiya İdman Kompleksinin qarşısından start götürüb və Uzunoba gölü ətrafında başa çatıb. Yarışda iştirak üçün, ümumilikdə, iki mindən çox şəxs qeydiyyatdan keçib.

Ardını oxu...

Şərur Sənaye Məhəlləsində tikinti işləri davam etdirilir

Muxtar respublikada sənayenin inkişafı diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər və mövcud şərait bu sahə üzrə sahibkarlığın inkişafına, iri sənaye komplekslərinin və istehsal sahələrinin yaranmasına imkan verir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli müvafiq Fərmanına əsasən Şərur Sənaye Məhəlləsinin yaradılması iqtisadiyyatın və innovativ inkişafın sürətlənməsinə, rəqabətədavamlı məhsul istehsalına töhfə verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Sənaye Məhəlləsində görülən işlərlə maraqlanıb.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg