
Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ərzurum Atatürk və Van Yüzüncü İl universitetlərinin rektorları ilə görüşüb. Ali Məclisin Sədri qonaqları salamlayıb, vaxtilə hər iki universitetdə olduğunu xatırladıb. Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən Ali Məclisin Sədri təhsil sahəsindəki əməkdaşlığa diqqəti çəkib, Naxçıvanda Türkiyədən olan tələbələrin təhsil aldığını bildirib, universitetlər arasında qarşılıqlı təcrübə, eləcə də müəllim-tələbə mübadiləsinin, ikili diplom layihələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Ardını oxu...
|

1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi Qələbənin 77-ci ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunub. Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gəlib, veteranlarla görüşüb, onları qələbə münasibətilə təbrik edib. Sonra Ali Məclisin Sədri abidə önünə gül dəstəsi qoyub, müharibədə həlak olan azərbaycanlıların xatirəsinə ehtiramını bildirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri də müharibədə həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.
Ardını oxu... 
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib. İlk turun oyunlarına start verilib. Naxçıvan şəhərində yerləşən Şahmat Mərkəzində keçirilən açılış mərasimində Naxçıvan MR Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov çıxış edərək şahmatçıları salamlayıb, qeyd edib ki, Naxçıvanda hər il ulu öndərin xatirəsinə həsr edilən ənənəvi şahmat turniri keçirilir. Bu il yenidən turnirə start verilməsi və çoxsaylı şahmatçının, eləcə də valideynlərin, şahmat sevərlərin yarışa maraq göstərməsi sevindirici haldır.
Ardını oxu... 
Mayın 7-də Naxçıvan Dövlət Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və konfrans iştirakçıları teatrın foyesində ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı fotoşəkillərdən ibarət sərgiyə baxıblar. Sonra konfrans öz işinə başlayıb.
Ardını oxu... 
Mayın 7-də Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdəAzərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib. Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin IX-XI siniflərindən 40 şagirdin iştirak etdiyi bu bilik yarışında şagirdlər Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənlərindən öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Şagirdlərə açıq tipli tapşırıqların həlli üçün 3 saat vaxt verilib. Yoxlama və yazı işlərinə baxış prosesindən sonra nəticələr olimpiada.edu.az saytında yerləşdiriləcək.
Ardını oxu... |
|