Muxtar respublikada dövlətimiz tərəfindən təhsilin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilir, şagirdlərin, tələbələrin müasir biliklərə yiyələnməsi üçün hərtərəfli şərait yaradılır. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 4 avqust 2020–ci il tarixli Sərəncamı ilə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradılmışdı. Lisey muxtar respublikada kimya və biologiya fənləri üzrə şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir. Hazırda Naxçıvan şəhərində yeni lisey üçün 4 mərtəbədən ibarət binanın inşası yekunlaşmaq üzrədir.
Ardını oxu...
|

Mayın 4-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinin qala konserti və mükafatlandırılma mərasimi keçirilib. Müsabiqədə Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri rəqs nominasiyası üzrə “Qoçəri” yallısı ilə çıxış edib. Münsiflər heyyətinin yekun qərarına əsasən kollecin komandası birinci yerə layiq görülüb. Yekun konsertdə qaliblərə təşkilatçıların fəxri fərmanları və hədiyyələr təqdim olunub.
Ardını oxu... 
Tarixboyu yadelli işğalçılara və qəsbkarlara qarşı böyük müharibələrin iştirakçısı olmuş azərbaycanlılar döyüş idman növlərini daha çox sevirlər desək, yəqin ki, yanılmarıq. Hətta seyr etdiyimiz filmlərdə belə, xalqımızın qəhrəmanlıq tarixini əks etdirən döyüş səhnələri bizləri daha çox cəlb edir. Bu, xalqımızın nə qədər mübariz və cəsarətli, güclü bir tarixi kökə malik olduğunun göstəricisidir. Bu fonda, ələlxüsus, qadınlarımızın şücaətindən söz etməmək haqsızlıq olar. “Aslanın erkəyi, dişisi olmaz” deyimi baxdığımız filmlərdə seçilən kumirləri uşaqlığımızın qəhrəmanına çevirməklə yanaşı, həm də qızların idman klublarına, zallarına üz tutmasına səbəb olub. Təbii ki, bu da genofondumuzun nə qədər güclü olduğunu bir daha sübut edir. Bu gün portretini canlandırmağa çalışacağımız qəhrəmanın da uşaqlığı bu filmlərə baxmaqla keçib. Bəlkə də, elə həmin filmlər onun hansı gücə malik olduğunu ortaya çıxarıb. Söhbət muxtar respublikanın ilk qadın ağır atleti, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının üzvü Gülcahan Əliyevadan gedir
Ardını oxu... 
Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində fəaliyyət göstərən gənc müəllimlər arasında “Oxunması zəruri olan kitabların Siyahısı” na daxil olan “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixdə imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamın əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ardını oxu... 
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə hər iki rəhbərliyi dövründə həyata keçirdiyi tədbirlər Azərbaycanın kompleks inkişafına xidmət edir. Hazırda muxtar respublikada iqtisadiyyatın bütün sahələrində qazanılan nailiyyətlər, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması ulu öndərin uzaqgörən siyasətinin bəhrələridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk”.
Ardını oxu... |
|