Şagirdlərimiz buraxılış imtahanında uğurlu nəticələr əldə ediblər

Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı üçün dövlətimiz tərəfindən  ardıcıl tədbirlər  görülür.
Bunun nəticəsidir ki, müstəqillik illərində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi üçün yeni tədris korpusları tikilib istifadəyə verilib.Məktəblərdə müasirsinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları,  elektron lövhəli siniflər, STEAM kabinələri, kitabxanalar, idman zalları yaradılaraq şagirdlərin ixtiyarına verilib.Təhsil müəssisələri inşa olunarkən  müasir tədris vəsaitləri və informasiya texnologiyaları ilə təminatına da xüsusi diqqət yetirilib. Elə bunun nəticəsidir ki, bu gün muxtar respublikanın ümumtəhsil müəssisələrində sürətli internetə çıxışı olan 5800-dən artıq kompüter və 700-ə yaxınelektron lövhə quraşdırılıb,  kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin olunub.

Ardını oxu...

“Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə   “18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə Əcəmi seyrangahında Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında “Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqədə 25 dərnək üzvü iştirak edib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Rasim Rüstəmov bildirib ki, muxtar respublikamızda mədəniyyətin,   o cümlədən təsviri sənətin, xüsusən də rəssamlığın inkişafına böyük diqqət və qayğı göstərilir. Bu günki müsabiqənin keçirilməsində  də məqsəd “18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” nün qeyd edilməsi ilə yanaşı, muxtar respublikanın tarixi abidələrinin tanıdılması, istedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir.

Ardını oxu...

“Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirilib

Ümummilli lider Heydər Əliyev kitabxanaların əhəmiyyətinə yüksək qiymət verərək demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Buna görə də “Mütaliə aylığı” çərçivəsində təhsil müəssisələrində kitabxanaların fəaliyyətinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili və şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması diqqətdə saxlanılır. Bu işlərin davamı olaraq aprelin 14-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaçıları ilə “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirilib. Konfransa  Naxçıvan şəhər ümumtəhsil məktəblərində təcrübə keçən tələbələr də dəvət olunub.

Ardını oxu...

Şahmat üzrə növbəti interaktiv dərs keçirilib

14 aprel 2022-ci il tarixdə Naxçıvan Şahmat Mərkəzində “İtalyan partiyasına aid oyunların təhlili” mövzusunda növbəti interaktiv dərs keçirilib. Dərsi müəllim beynəlxalq usta Toğrul Həsənzadə  aparıb. Diqqətə çatdırılıb ki, müasir şahmatın öyrənilməsində elektron şahmat proqramlarından mütləq istifadə etmək lazımdır. “Lichess.org”, “chess.com” kimi internet səhifələrindən istifadə bu gün muxtar respublika məktəblərində geniş tətbiq olunur. Bundan başqa Naxçıvan Şahmat Federasiyasının “Youtube” səhifəsində dərslər yerləşdirilib və eyni zamanda CD formasında məktəblərə çatdırılıb.

Ardını oxu...

Gənc müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunun muxtar respublika mərhələsi keçirilib

Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova iştirakçıların diqqətinə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində fəaliyyət göstərən gənc müəllimlər arasında yanvar-mart aylarında “Nə? Harada? Nə zaman?”  intellektual oyunun rayon mərhələsi keçirilmişdir. Rayonlar üzrə qalib olan komandalar final mərhələsində iştirak etmək hüququ qazanmışlar. Bu gün isə “Nə? Harada? Nə zaman?”  intellektual oyunun muxtar respublika mərhələsi keçirilir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg