
Aprelin 9-da muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında ilk dəfə olaraq SASMO beynəlxalq riyaziyyat olimpiadası keçirilib. Olimpiada Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunub. SASMO beynəlxalq riyaziyyat olimpiadasında iştirak etmək üçün muxtar respublikanın ümumtəhsil məktəblərinin 1-11-ci siniflərindən 297 şagird qeydiyyatdan keçib. Saat 10:00-da başlayan olimpiadada şagirdlərə 25 sual təqdim olunub ki, onlardan 15 test,10-u açıqtiplidir.Test sualları 2, açıq tipli suallar isə 4 balla qiymətləndiriləcək. Olimpiada qaydalarına əsasən test suallarında hər bir səhv cavab bir balı aparır. Olimpiadada şagirdlərə 90 dəqiqə vaxt ayrılıb.
Ardını oxu...
|

8 aprel 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin qabaqcıl tarix müəllimləri, muxtar respublikanın ali təhsil ocaqlarının professor və müəllim heyətini, Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində pedoqoji təcrübə keçən tarix ixtisasının tələbələrinin iştirakı ilə VII və X sinif Tarix dərsliklərinin müzakirəsi keçirilib.
Ardını oxu... 
Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin müstəsna əhəmiyyəti vardır. Mütaliə şagirdlərdə söz ehtiyatını artırır, onların nitq mədəniyyətinin formalaşmasına, sərbəst düşünüb nəticə çıxarmalarına mühüm təsir göstərir. “Məktəblilərin dram müsabiqəsi” də şagirdlərdə mütaliə vərdişlərinin formalaşması istiqamətində keçirilən müsabiqələrdən biridir. Aprelin 7-də “Məktəblilərin dram müsabiqəsi”nin yekununa həsr olunmuş tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb.
Ardını oxu... 
Nахçıvаn Muхtаr Rеspublikаsı Təhsil və Fövqəlаdə Hаllаr nаzirliklərinin birgə təşkilatılığı ilə keçirilən konfransın əsas məqsədi müəllim və tələbələrin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarət olub.
Nахçıvаn Dövlət Texniki Kоllеcin direktoru Asəf Ruşanov qeyd edib ki, təbii fəlаkətlər, tехnоgеn qəzаlаr qlobal xarakter daşıdığındаn оnlаrın proqnozlaşdırılması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, zərəçəkən əhаliyə tibbi yаrdımın və digər növ yаrdımlаrın göstərilməsi müasir dövrdə ən vаcib məsələlərdən biridir.
Ardını oxu... 
Muxtar respublikada kənd təsərrüfatının prioritet sahə kimi müəyyənləşdirilməsi yerli istehsalın həcminin artmasına, ixrac imkanlarının yaradılması və əhalinin məşğulluğunun təmin olunmasına şərait yaradıb. Bu gün torpaq mülkiyyətçiləri və fermerlərin, həmçinin ailə təsərrüfatçılarının müasir kənd təsərrüfatı texnika və texnoloji avadanlıqları ilə təmin olunması da məhsul istehsalında rentabelliyi artıran əsas tədbirlərdəndir. Aqrar sahədə müasir texnologiyaların tətbiqi məhsulun itkisiz və vaxtında yığılmasına, məhsuldarlığın yüksəldilməsinə, əl əməyinin yüngülləşdirilməsinə və çəkilən xərclərin azalmasına imkan verir. Aprelin 5-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində yeni kənd təsərrüfatı texnikaları və avadanlıqlarının təqdimatı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Ardını oxu... |
|