Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib

Aprelin 2-də Lütfi Zadə adına məntiq olimpiadasının muxtar respublika məktəbliləri arasında rayon (şəhər)  mərhələsi keçirilib.
Olimpiada Naxçıvan şəhərində 17, Şərur rayonunda 1, Babək rayonunda 2,Ordubad rayonunda 1, Culfa rayonunda 2, Kəngərli rayonunda Yurdçu kənd tam orta məktəbi,  Şahbuz rayonunda 1, Sədərək rayonunda isə Sədərək kənd 1 nömrəli tam orta məktəblərində keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları qanvermə aksiyasında iştirak edib


Aprelin 1-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib.
Qanvermə aksiyası zamanı donorların təhlükəsizliyini təmin etmək məqsədilə bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Bu xeyirxah təşəbbüsə qoşulan kollektiv üzvlərinin hər biri müvafiq müayinələrdən keçirilib və qanvermə aksiyasında iştirakı təmin edilib.
Aksiyada  31 nəfərdən 15.5 litr qan tədarük edilib.
Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Martın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ankara, Qazi və İstanbul Texnik universitetlərinin rektorları ilə görüşüb.
Ali Məclisin Sədri qardaş Türkiyənin ilk yerlərdə olan universitet rektorlarının Naxçıvana səfərindən məmnunluğunu bildirib, Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa görə qonaqlara təşəkkür edib. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığına toxunan Ali Məclisin Sədri təhsil sahəsindəki əməkdaşlığa diqqəti çəkib və təhsilin hər bir ölkə üçün strateji sahə olduğunu bildirib. Ali Məclisin Sədri “Elm paylaşıldığı zaman daha da çoxalır”,- fikrini xatırladaraq ali təhsil müəssisələri arasındakı əməkdaşlığın bu baxımdan faydalı olacağını vurğulayıb.

Ardını oxu...

“31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda interaktiv dərs keçirilib

Martın 31-də Xatirə muzeyindən “31 Mart-Azərbaycanlıların Soyqı­rımı Günü” mövzusunda muxtar respublika məktəbliləri üçün interaktiv dərs keçirilib.
Şahbuz Rayonunun Mahmudoba kənd tam orta məktəbinin Tarix müəllimi Rauf Bağırov tərəfindən keçirilən interaktiv dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, Erməni millətçilərinin Azərbaycan xalqına qarşı ərazi iddialarının, təcavüzünün və soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaqdı.

Ardını oxu...

“Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”ndə 505 şagirdin 1812 əl işi nümayiş olunub

Martın 30-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nin yekun tədbiri keçirilib.Tədbirə müsabiqənin qalibləri ilə yanaşı Naxçıvan Şəhər  ümumtəhsil məktəblərində təcrübə keçən Təsviri-incəsənət ixtisasının tələbələri də dəvət olunub.
Tədbirdə  çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilin inkişafı istiqamətində atılan addımlardan və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi xüsusi diqqət və qayğısı sayəsində bu sahənin inkişafı daha da sürətlənir, muxtar respublikada müasir dövrün tələblərinə uyğun bacarığa malik gənc nəsil yetişir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg