Ordubad məktəbliləri üçün muzey gəzintisi təşkil olunub

Ordubad Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə məktəblilərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması və vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədi ilə Ordubad şəhər 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdlərinin iştirakı ilə rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunub. Muzeyin bələdçisi Aysun Quliyeva məktəblilərə muzeyin yaranma tarixi və ekspozisiyası haqqında ətraflı məlumat verib.

Muzeylə tanışlıq məktəblilərə xoş təəssürat bəxş edib.

Heydər Əliyev Muzeyinə şagirdlərin ekskursiyası təşkil olunubdur

9 iyun 2021-ci il tarixdə “15 iyun-Milli Qurtuluş günü” münasibətilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsi tərəfindən təşkil olunan ekskursiyada 30-a yaxın şagird iştirak edib.

Muzeyin bələdçisi Gülnar Quluzadə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə geniş məlumat verib və onları muzeydə olan eksponatlarla yaxından tanış edib. Sonda şagirdləri maraqlandıran suallar muzeyin bələdçisi tərəfindən cavablandırılıb.

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər 10 iyun-12 iyul 2021-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. 
Namizədlər test imtahanında iştirak üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin "Naxçıvanbank" ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 0900-dan 1230-dək və 1400-dan 1730-dək Dövlət İmtahan Mərkəzinə təqdim edilməlidir.

Ardını oxu...

Milli Qurtuluşdan sosial-iqtisadi inkişaf və tərəqqiyə

Duzdağda yeni şaxta istifadəyə verilib

1993-cü il iyunun 9-da ümummilli liderimiz Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya qayıdıb, müstəqilliyimizi və dövlətçiliyimizi xilas edib. Həmin gün ölkəmizin taleyində dönüş anı olub və böyük Qurtuluşa doğru  mühüm addım atılıb. O addım suverenliyin, sabitliyin və  sosial-iqtisadi inkişafın təməli olmaqla, Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyənləşdirib, xalqımızı nicat yoluna çıxarıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 9-da-Milli Qurtuluş Günü ərəfəsində Duzdağda yeni şaxta istifadəyə verilib.

Ardını oxu...

Naxçıvan Şəhər Peşə Liseyində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdləri üçün “Açıq qapı” günləri təşkil olunmuşdur

Bu gün muxtar respublikada iqtisadiyyatın inkişafı, tikinti və xidmət sahələrinin genişləndirilməsi, sənaye müəssisələrinin yaradılması, yeni maşın və mexanizmlərin tətbiqi peşə təhsilini günün tələbinə çevirmişdir.

Ümumtəhsil məktəblərinin məzunları arasında peşə təhsilinə marağın artırılması məqsədilə, Naxçıvan Şəhər Peşə Liseyində 8-9 iyun 2021-ci il tarixlərdə “Açıq qapı” günləri təşkil olunmuşdur.

Tədbirin keçirilməsində məqsəd məzunları peşə məktəblərində fəaliyyət göstərən ixtisaslar və yaradılan şəraitlə yerində tanış etmək, peşə təhsilinə maraq oyatmaq, eləcə də onların gələcəkdə peşə seçimlərinə istiqamət verməkdən ibarət olmuşdur.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg