AMEA Naxçıvan Bölməsi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında interaktiv dərs olub. “Hüseyn Cavid yaradıcılığında Şərq və Qərb” mövzulu dərsi Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova keçib.
Tədqiqatçı əvvəlcə Naxçıvan ədəbi mühitinin layiqli yetirməsi, ədəbiyyatımızda zəngin yaradıcılıq irsi ilə seçilən şair-dramturq Hüseyn Cavidin həyatı, təhsil illəri, onun bir şəxsiyyət kimi formalaşmasında əməyi olan ziyalılar haqqında məlumat verib. “Lirik-fəlsəfi düşüncələr filosof şairin yaradıcılığında özünəməxsus yer tutur”,-söyləyən alim Hüseyn Cavidin yaradıcılığını dövrlər üzrə təhlil edib.
Şahmat Mərkəzində “15 iyun-Milli Qurtuluş Günü” münasibətilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin V-VII sinif şagirdlərindən ibarət qız komandaları arasında şahmat birinciliyi keçirilib. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin rəhbərlik etdiyi birincilikdə 16 tam orta məktəbin komandası, hər komandada isə 6 qız olmaqla ümumilikdə 96 şagird iştirak edib.
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı 9 iyun saat 13:00-dək uzadılır
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin istedadlarının aşkar edilməsi istiqamətində bir sıra müsabiqələrin, bilik yarışlarının, fənn olimpiadalarının keçirilməsi, eləcə də innovativ layihələrin tətbiqi diqqətdə saxlanılır, icrası ilə bağlı müxtəlif səpkili tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq iyunun 8-i Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə “Sabahın tədqiqatçıları” layihəsinin yekunu ilə bağlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi uğurla davam etdirilir. Layihədə iştirak edən Naxçıvan şəhər Naxçıvan Qızlar Liseyi XI sinif şagirdi Surə Cəfərova, elmi rəhbər AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Salayeva Zülfiyyə tərəfindən “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan Tülpan növləri və onların bəzək əhəmiyyəti” mövzusunda tədqiqat işi aparılıb. Tədqiqat işinin mövzusuna uyğun olaraq “Naxcıvan Muxtar Respublikasında yayılan bəzək əhəmiyyətli Tülpan növləri” mövzusunda məqalə hazırlanıb. Məqalədə muxtar respublikada yayılan Tülpan növləri haqqında məlumat verilir.