Məktəblilər arasında voleybol və futbol idman növləri üzrə birincilik keçirilib

Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə Naxçıvan şəhər ümumtəhsil məktəblərində yaradılan idman klublarının qız komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib. Çıxış edənlər görüşün keçirilmə məqsədi haqqında danışıb və komandalara uğurlar arzulayıb. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi görüşdə Naxçıvan şəhər 5 və 15 nömrəli tam orta məktəbin komandaları iştirak edib. Yoldaşlıq görüşünün yekununa əsasən 15 nömrəli tam orta məktəbin komandası 3:0 hesabı ilə qalib gəlib. Sonda hər iki komandaya təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilib.

Ardını oxu...

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 28-dəgörkəmli oftalmoloq-alim, akademik ­Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Kəngərli rayon Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində tədbir keçirilib.Əvvəlcə tədbir iştirakçıları görkəmli akademikin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə yaxından tanış olublar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında 29 aprel 2021-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək

İmtahanlar saat 11:00-da başlanacaq.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

Aprelin 29-da keçiriləcək imtahanlarda muxtar respublika üzrə 2870 şagirdin iştirakı nəzərdə tutulur.

Şagirdlərin imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlməsi tövsiyə olunur.

Ardını oxu...

Muxtar respublikada “Məktəblilərarası fənn müsabiqələri”nin I mərhələsi keçirilib

Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq VI və VII sinif şagirdləri arasında 26-27 aprel tarixlərində 2020-2021-ci tədris ili üzrə Məktəblilərarası fənn müsabiqələrinin I mərhələsi keçirilib. Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib. Müsabiqədə muxtar respublikadan VI siniflər üzrə 204 şagird, VII siniflər üzrə isə 266 şagird öz bilik və bacarıqlarını nümayiş etdirib.

Ardını oxu...

Şahbuz rayonunda yayılan yeməli göbələklər

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi uğurla davam etdirilir. Layihədə iştirak edən Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin IX sinif şagirdi Fatimə Həşimova, elmi rəhbər AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Həmidə Seyidova tərəfindən “Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yayılan papaqlı göbələklərin faydalı xüsusiyyətləri” mövzusunda tədqiqat işi aparılıb. Tədqiqat işinin mövzusuna uyğun olaraq “Şahbuz rayonunda yayılan yeməli göbələklər” mövzusunda məqalə hazırlanıb. Məqalədə Şahbuz rayonunda yayılan papaqlı göbələklərin yeməli növləri haqqında geniş məlumat verilir:

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg