Peşə təhsili ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. İyunun 7-də Naxçıvan şəhər 14, 16 və  17 nömrəli tam orta məktəblərdə peşə ixtisasları, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların maraq və bacarıqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilməsi ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyi Aparatının əməkdaşı, Naxçıvan Şəhər Peşə Liseyinin direktoru və  IX-XI sinif şagirdləri iştirak ediblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılır - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 7-də “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində yeni texnologiyaların, distant və elektron təhsilin tətbiqi yüksək ixtisaslı kadr  hazırlığına geniş imkanlar açır. Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrasiya olunduğu STEAM təhsil metodu da əldə olunan biliklərin praktikada tətbiqi və intellektual potensialın əmək bazarının tələblərinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Muxtar respublikanın təhsil müəssisələrində pilot layihə kimi STEAM təhsil metodundan istifadə bu sahədə sistemli tədbirlərin görülməsini zərurətə çevirib.

Ardını oxu...

Naxçıvan idmançısı ölkə çempionu olub

3-4 iyun tarixlərində atletika üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda reallaşan yarışda 90 idmançı medallar uğrunda mübarizə aparıb. Çempionatda muxtar respublikamızı təmsil edən Əmrah Nağıyev ona bəslənilən ümidləri doğruldaraq mükafatçılar sırasına düşüb. Naxçıvan Atletika Federasiyasının idmançısı 3000 metr məsafəyə qaçışda bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb. Məsafəni 9 dəqiqə 32.92 saniyə ərzində qət edən təmsilçimiz bu göstərici ilə Azərbaycan çempionu adına layiq görülüb. İlk üçlükdə qərarlaşan idmançılara diplom və medallar təqdim edilib. Xatırladaq ki, ölkə və beynəlxalq miqyaslı marafon qaçışı turnirlərində uğurlu nəticələrə nail olan Əmrah Nağıyev kross qaçışı (6000 metr) üzrə Azərbaycan çempionatının da qalibi olub.Naxçıvan idmançısı ölkə çempionu olub.

Atletimizi təbrik edirik! 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  mətbuat xidməti

Bədii gimnastika kursunu uğurla başa vuranlara sertifikatlar təqdim edilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Atletika Federasiyasının təşkilatçılığı ilə 22 aprel-27 may tarixlərində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən bədii gimnastika kursunu bitirən müəllimlərə sertifikatlar təqdim edilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri, Atletika Federasiyasının sədri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikada bədii gimnastikanın inkişafı, bu idman növü üzrə idmançıların hazırlanması diqqətdə saxlanılır. Hazırda Atletika Federasiyasının tabeliyində fəaliyyət göstərən “Xatun” Bədii Gimnastika İdman klubunda 100, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 35, Ordubad Rayon Uşaq-Gənclər İdman Məktəbində 20, Naxçıvan Dövlət Texniki Kollecində 15, Naxçıvan Qızlar Liseyində 10 olmaqla, ümumilikdə 180 qız gimnastika ilə məşğul olur. Vurğulanıb ki, uşaqların kiçik yaşlardan idmana cəlb olunması, o cümlədən gimnastika ilə məşğul olması, onların sağlam böyümələrinə, eyni zamanda bu idman növünə marağı artırmaqla yanaşı, muxtar respublikada peşəkar idmançıların artmasına da mühüm töhfələr verəcəkdir.

Ardını oxu...

Məktəblilərin əl işlərindən ibarət sərgi-satışa yekun vurulub

İyunun 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində muxtar respublika məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi-satışa yekun vurulub.

Qeyd edək ki, dərnək üzvlərinin əl işlərindən ibarət sərgi-satışa 1 iyundan start verilmişdir. İyunun 1-dən 5-dək davam edən sərgi-satışda 10-dək sənət növü- rəssamlıq, ebru sənəti, bədii tikmə, xalçaçılıq, toxuculuq, dulusçuluq, ağac üzərində oyma, ağac üzərində yandırma, metal üzərində bədii döymə və dekorativ işlər üzrə 1109 yaradıcılıq işi nümayiş edilib. Sərgi-satışda məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri hazırladıqları müxtəlif əl işlərini nümayiş etdirməklə yanaşı, onları satmaq imkanı da əldə ediblər. Ümumilikdə sərgi-satışda 348 şagirdin 647 əl işi satılıb ki, bunlardan da 530-u dekorativ, 117-si isə təsviri sənət işləri olmuşdur. Bununla yanaşı, satılan işlər içərisində sağlamlıq imkanları məhdud 8 uşağın 70-ə yaxın əl işi yer almışdır.

Ardını oxu...

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg