“5 iyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə əlaqədar olaraq ümumtəhsil məktəblərində “Təbiəti qoruyaq” aksiyası keçirilmişdir

05 iyun bütün dünyada Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur. Son illər ekoloji tarazlığın qorunması, yaşıllıq zolaqlarının genişlənməsi və bu kimi məsələlər mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikamızda da yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi görülən ekoloji tədbirlərin nəticəsidir. Bu sahədə həyata keçirilən tədbirlər, mövcud problemlərin həlli istiqamətində görülən işlər davamlı xarakter alıb, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilib, çox sayda meyvə bağları, yaşıllıq zolaqları salınıb. Hər il yüz hektarlarla meyvə bağları və yaşıllıq zolaqları salınır, ətraf mühitə qayğı göstərilir. Bu tədbirlər hesabına bu gün muxtar respublika ərazisinin 20 faizini meyvə bağları və yaşıllıq zolaqları təşkil edir.

Ardını oxu...

5 İyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri Nəbatat bağında ekskursiyada olmuşdurlar

İyunun 4-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu və Ekoloji Tərbiyə Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzin dərnək üzvləri Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə Nəbatat bağında ekskursiyada olmuşdurlar.

Bioresurslar İnstitutunun Nəbatat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev ekskursiya zamanı dərnək üzvlərinə Nəbatat bağının bitkiliyi, burada aparılan elmi-tədqiqat işləri, toplanan meyvə və üzüm genofondu bağları, dekorativ bitkilər, yerli və xarici floralara məxsus bitkilər, həmçinin bağın istixanasında toplanan, başqa ölkələrdən gətirilmiş bitkilər haqqında geniş məlumat vermişdir.

Ardını oxu...

5 İyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar aksiya keçirilmişdir

İyunun 4-də Naxçıvan  Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzində dərnək üzvlərinin iştirakı ilə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə “Təbiəti qoruyaq” aksiyası keçirilmişdir.

Əvvəlcə Mərkəzin dərnək rəhbəri Türkanə Əhmədova çıxış edərək aksiyanın əhəmiyyəti, yaranması və muxtar respublikada həyata keçirilən ekoloji tədbirlər  haqqında dərnək üzvlərinə məlumat vermişdir. Çıxışda qeyd edilmişdir ki, əgər 20 il bundan əvvəl muxtar respublika ərazisinin    0,6 faizi yaşıllıq idisə, indi bu rəqəm 20 faiz təşkil edir. Bu isə hər ilin yaz və payız fəsillərində Naxçıvanda keçirilən iməciliklər və ilboyu yaşıllıqlara qulluq göstərilməsi hesabına mümkün olub.

Ardını oxu...

Heydər Əliyev Muzeyində növbəti açıq dərs keçirilib

Ümummilli lider Heydər Əliyev irsinin şagirdlərə öyrədilməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin qrafikinə uyğun olaraq Heydər Əliyev Muzeyində 3 iyun 2021-ci il tarixdə növbəti açıq dərs keçirilib.

Açıq dərsdə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin 15 şagirdi iştirak edib.


Ardını oxu...

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan komandaları arasında basketbol yarışı keçirilib

2 iyun 2021-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində “15 iyun-Milli Qurtuluş Günü” münasibətilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan komandaları arasında basketbol birinciliyi keçirilib. Tədbirin açılış mərasimində Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı xalqımızın şanlı tarixinə Milli Qurtuluş günü kimi daxil olmuş, ulu öndərimizin tarixi xidmətləri sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz xarakter almışdır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg