Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Mayın 31-də Naxçıvan şəhər 12 və 13 nömrəli tam orta məktəblərdə peşə ixtisasları, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların maraq və bacarıqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilməsi ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyi Aparatının əməkdaşı, Naxçıvan Şəhər Peşə Liseyinin direktoru və IX-XI sinif şagirdləri iştirak ediblər.