Sədərək Rayon ümumtəhsil məktəblərində “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar olaraq müxtəlif tədbirlər keçirilib

Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbində “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Sədərək rayon ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və  ümumtəhsil məktəblərinin  şagirdləri iştirak edib. Tədbirdə çıxış edən Sədərək Rayon Təhsil Şöbəsinin Metodisti Yalçın Əliyev  diqqətə çatdırıb ki, dünyanın əksər ölkələrində hər il iyun ayının 1-i “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur.

Ardını oxu...

Şərur rayon ümumtəhsil məktəblərinin Atletika klubları arasında yoldaşlıq görüşü keçirilmişdir

1 iyun 2021 - ci il tarixdə    Şərur rayon Təhsil şöbəsi,  Gənclər və İdman idarəsi və  Naxçıvan Muxtar Respublikası Atletika federasiyasının Şərur rayon bölməsinin birgə təşkilatçılığı ilə Şərur rayon ümumtəhsil məktəblərinin Atletika klubları arasında yoldaşlıq görüşü keçirilmişdir. Yarış 100, 200, 400, 800 metr məsafəyə qaçış növləri üzrə keçirilmişdir.  Yarışda ümumtəhsil məktəbinin 40 nəfər iştirak etmişdir. Yarışın keçirilməsində məqsəd idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsi, atletika idman növünün yeniyetmə və gənclər arasında təbliğ edilməsi, idmançıların bacarıqlarının yüksəldilməsindən və atletika üzrə yığma komandanın tərkibini müəyyən etməkdən ibarət olmuşdur.

Sonda qalib idmançılar təşkilatçılar tərəfindən qalib diplomla mükafatlandırılıblar.

Babək rayon ümumtəhsil müəssisələrində tədbirlər keçirilmişdir

Babək rayon ümumtəhsil müəssisələrində şagirdlərdə oxu vərdişlərini formalaşdırmaq, asudə vaxtlarından səmərəli istifadə etmək və vətənpərvərllik hislərini aşılamq, tarixi biliklərini möhkəmləndirmək məqsədi ilə bir sıra tədbirlər keçirilimişdir.

Gülşənəbad ümumi orta məktəbində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib. Yarışda şagirdlər şairin həyat və yaradıcılığına, poemalarina aid sualları cavablandırıblar. Ən çox düzgün cavab verən şagirdlər məktəb rəhbərliyi tərəfindən diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Ardını oxu...

“Şərq qapısı” qəzetinin 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 1-də “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Zəngin maarifçilik ənənələrinin təsiri ilə yaranmış “Şərq qapısı” qəzetinin ilk nömrəsinin nəşr olunmasından 100 il ötür.

Ardını oxu...

5 İyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə bilik yarışması keçirilmişdir

Məktəblilərdə təbiətə məhəbbət hissi aşılamaq və onların ekoloji biliklərini artırmaq məqsədilə iyunun 1-də Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri arasında “Ətraf mühit və biz” mövzusunda bilik yarışması keçirilmişdir.

Bilik yarışmasının keçirilməsində əsas məqsəd şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, istedadlı uşaqların aşkar edilməsi, muxtar respublikanın zəngin təbiəti, fauna və florası, təbii sərvətləri haqqında dərnək üzvlərinə ətraflı məlumat verməkdən ibarət idi.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg