• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün785
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə8603
mod_vvisit_counterBu ay45047
mod_vvisit_counterÜmumi2929186

Tarix: 22 Dek., 2024

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək


Fevralın 23-də cari tədris ili üçün Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək.

Yarımfinal turu Naxçıvan Muxtar Respublikasında 1 mərkəzdə təşkil ediləcək.

Qeyd edək ki, Respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsi yanvarın 12-də 781 şagirdin iştirakı ilə keçirilib. Qaydalara əsasən, respublika mərhələsinin yarımfinal turunda rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər iştirak etmək hüququ qazanıb. Bu mərhələdə IX sinif şagirdləri aşağı yaş qrupu, X və XI sinif şagirdləri yuxarı yaş qrupu üzrə yarışacaqlar. Yarımfinal turunda 218 nəfər iştirak edəcəkdir.

“Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsi keçirilib


11 fevral 2020-ci il tarixdə Naxçıvan Dövlət Rəsm Qalereyasının və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd böyüməkdə olan nəslə qədim və müasir Naxçıvanın daha dərindən öyrədilməsi, ümumtəhsil məktəblərində təhsil alan istedadlı yeniyetmə və gənclərin aşkar edilib üzə çıxarılması  və onların yaradıcılıq potensialının inkişaf etdirilməsidir.

Ardını oxu...

Naxçıvanlı şagirdlər “Sabahın alimləri” IX Respublika müsabiqəsində iştirak edirlər

Təhsil sahəsində aparılan islahatlar, orta ümumi təhsil müəssisələrində tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilmişdir. Bu gün məktəblərdə  tədqiqatlar aparmağa, yeni informasiya texnologiyalarından istifadə etməyə geniş imkanlar yaradılır. Bu işlərin aparılmasında əsas məqsəd şagirdlərə kiçik yaşlarından elmi vərdişlər aşılamaq, onları yeni elmi axtarışlara, ətraf mühiti yaxşılığa doğru dəyişdirməyə sövq etməkdən ibarətdir.

Ardını oxu...

Babək qəsəbə 2 nömrəli tam orta məktəbində bilik yarışması keçirilmişdir

Fevralın 10-da Babək rayon Qəsəbə 2 nömrəli tam orta məktəbdə Qəsəbə 1 və Qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdləri arasında şagirdlərin biliyini inkişaf etdirmək, şagirdlərin güclü və zəif tərəflərini müəyyən etmək  məqsədilə  tarix və ingilis dili fənni üzrə viktorina keçirilmişdir. Viktorinada hər fənn üzrə 20 sual şagirdlərə təqdim  edilmişdir. Viktorinada 4 komandadan ibarət olmaqla 20 şagird  iştirak etmişdir. I yerə Babək qəsəbə 1 nömrəli tam orta məktəbin “Xəzər” komandası, II yerə Babək qəsəbə 2 nömrəli tam orta məktəbin “Sülh” komandası, III yerə  Babək qəsəbə 2 nömrəli tam orta məktəbin “Zəka” komandası,  Babək qəsəbə 1 nömrəli tam orta məktəbin “Zirvə” komandası isə həvəsləndirici yerə layiq görülmüşdür.

Sonda qaliblər Babək Rayon Təhsil Şöbəsinin diplomları ilə təltif edilmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg