• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün707
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə8525
mod_vvisit_counterBu ay44969
mod_vvisit_counterÜmumi2929108

Tarix: 22 Dek., 2024

Dərsliklərin müzakirəsi davam etdirilir

14 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda ümumtəhsil məktəblərinin müəllimləri, “Sabahın müəllimi” layihəsinin iştirakçıları, İnstitutun professor və müəllim heyətinin iştirakı ilə V sinif riyaziyyat dərsliyinin müzakirəsi keçirilmişdir.

Əsas məqsədi pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat verilməsi, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələrinin təşkili, ali təhsil müəssisələrinin dərslik və metodik vəsaitlərlə təmin olunması, tələbələrin dərslik və metodiki vəsaitlərin müzakirəsində iştirakının təşkili olan “Sabahın müəllimi” layihəsi çərçivəsində həyata keçirilən müzakirələr 2019-2020-ci tədris ilinin II yarımilində də davam etdirilir.

Ardını oxu...

“Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminar davam edir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ötən aydan start verilmiş “Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda növbəti seminar fevralın 14-də Culfa rayonunun XI siniflərində təhsil alan şagirdlər üçün keçirildi. Seminar Culfa şəhər 3 nömrəli tam orta məktəbin akt zalında 60 şagirdin iştirakı ilə təşkil olundu.

Seminarda “2020/2021-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı və 2020-ci ildə keçiriləcək qəbul imtahanının tarixləri”, “Buraxılış və qəbul imtahanlarına hazırlıq, ixtisas seçimi zamanı nələrə diqqət etməli”, “Abituriyentlərə imtahan qabağı psixoloji dəstək” mövzularında çıxışlar dinlənilmişdir.

Ardını oxu...

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək


Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək.

Sınaq imtahanında iştirakçılara 2020-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda 3 imtahan fənni üzrə test tapşırıqları təqdim olunacaq.

Sınaq imtahanı saat 11:00-da başlanacaq. İmtahan binasına buraxılış saat 10:45 də başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda “cavab vərəqləri” və “cavab kartları” abituriyentlərdən təhvil alınır.

Ardını oxu...

Kimya fənnindən açıq dərs keçirilmişdir

Ümumtəhsil sistemində kimyadan laboratoriya işlərinin təşkili və keçirilməsi mühüm təlim-tərbiyəvi əhəmiyətə malikdir. Nəzəriyyənin praktika ilə əlaqələndirilməsində, biliklərin qavranılması və möhkəmləndirilməsində, kimyəvi anlayışların və elmi dünyagörüşün formalaşdırılmasında kimya eksperiment böyük rol oynayır. Unudulmamalıdır ki, heç bir audiovizual və elektron vəsait təbii kimyəvi eksperimentlərin yaratdığı effekti əvəz edə bilməz. 13 fevral 2020-ci il tarixdə Culfa  şəhər 2 nömrəli tam orta məktəbin kimya müəllimi Həmidə Məmmədova tərəfindən VII sinif şagirdlərinin iştirakı ilə  "Kimyəvi reaksiyanın tipləri"  mövzusuna aid açıq dərs keçirilmişdir. Müxtəlif birləşmələr üzrə aparılan reaksiyalar şagirdlərin baza biliklərinin möhkəmlənməsində olduqca yararlı olmuşdur.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg