Bəzi yazılar vardır ki, sadəcə duyğu ilə yazılır. Həmin yazılarda rəqəmlərə, statistikaya, sözçülüyə gərək yoxdur. Çünki yazının mövzusu hər bir insanın yaşadığı real həyatın lap özü olur. Kiməsə nəyisə göstərməyə, sadalamağa ehtiyac yoxdur. Sadəcə xatırlatmaq kifayətdir. 9 fevral Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə növbəti seçkilər günü kimi tarixə çevrildi. Bu tarix bir çox cəhətləri ilə yaddaşlara həkk olundu. Birincisi xalqımız növbəti dəfə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ümummilli lider Heydər Əliyev siyasi xəttinin ətrafında birləşdi. Bu xəttin müstəqil Azərbaycana bəxş etdiyi SABİTLİYƏ, İNKİŞAFA və RİFAHA səs verdi.