Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli bayrağımız əbədi yüksəkliyə qaldırılıb, müstəqil dövlətçiliyimizin bərpası istiqamətində mühüm qərarlar qəbul edilib. Ulu öndər Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Milli Qurtuluşun əsasını qoyub, milli birliyi və sabitliyi təmin edib, müstəqilliyimiz qorunub saxlanılıb. Ölkə Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu uğurla davam etdirərək dövlətçiliyimizi daha da möhkəmləndirib, Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlib, torpaqlarımız işğaldan azad olunub, böyük Zəfər qazanılıb.
Ardını oxu...
|
Noyabrın 17-dən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə müəllimlərin STEAM təhsili üzrə təkmilləşdirmə, yeni bacarıqlara yiyələnməsi nəzərə alınaraq növbəti təlimlərə start verilib. STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi və inkişafı üçün ixtisaslaşmış kadrlar tələb olunur. Bunun üçün də müəllimlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq təlimlər təşkil olunur.
Ardını oxu...
Noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəbdənkənar təhsil müəssisələrinin Mental arifmetika dərnəyinin üzvləri arasında müsabiqə keçirilib. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən müsabiqədə 10-14 yaşlı 50 dərnək üzvü iştirak edib. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə yaddaş, qavrama, xəyal gücünü, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını və zehni arifmetika əməliyyatlarını doğru şəkildə icra etmələrini inkişaf etdirməkdən ibarət olub.
Ardını oxu...
2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Şahbuz Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 89-u tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev qeyd etmişdir ki, təhsilin keyfiyyətinin yüksəldilməsi bir çox amillərlə səciyyələnən proses, kompleks tədbirlərlə əhatə olunan, intensiv innovasiyaların tətbiqi ilə bilavasitə əlaqələnən mürəkkəb əməliyyatlar sistemindən ibarətdir. Qabaqcıl təcrübənin öyrənilməsi, müasir təlim texnologiyalarının tətbiqi, təhsilalanların stimullaşdırılması, təhsilverənlərin yüksək hazırlığa malik olması və məktəblərdə müasir tədris şəraitinin yaradılması kimi faktorlar da burada önəmli əhəmiyyət daşıyır. Keyfiyyətli təhsil isə öz nəticələrini qəbul imtahanlarında şagirdlər tərəfindən qazanılan nailiyyətlərdə göstərir.
Ardını oxu... |
|