Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərlə yanaşı, həm də onların təhsili və cəmiyyətə inteqrasiyası diqqətdə saxlanılır. Qəbul olunan Dövlət proqramları bu kateqoriyadan olan uşaqların təhsili üçün geniş imkanlar açıb. Görülən işlərin davamı olaraq 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılıb. Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzdə yaradılan şəraitlə maraqlanıb.
Ardını oxu...
|
1925-ci ildən fəaliyyət göstərən 2 nömrəli tam orta məktəb zəngin təhsil ənənələrinə malikdir. Məktəb muxtar respublikada təhsilin inkişafına töhfələr vermişdir. Naxçıvanda təhsil quruculuğu sahəsində görülən işlər 2 nömrəli tam orta məktəbi də əhatə etmiş, müasir maddi-texniki baza və tədris şəraiti yaradılıb. Oktyabrın 19-da Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb yenidənqurmadan sonra istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə - psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri vəzifələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin test imtahanları başlayıb. Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, 107 vakant vəzifənin tutulması üçün müsabiqəyə müraciət etmiş 325 namizəd biliklərini yoxlayacaq. Vakansiyalar üzrə ən çox müraciət edən namizədlər uşaq birliyi təşkilatının rəhbəri (129), kitabxana müdiri (72) və psixoloq (44) vəzifələri üzrə olub. Bu sahədə ön sırada Naxçıvan şəhəri (112), Babək (71) və Şərur (57) rayonları dayanır.
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün yolumuz açıqdır. Bu təməlini ulu öndər qoymuşdur. Bir daha demək istəyirəm ki, biz bu siyasətə sadiqik. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi mahalle. Bizi bu yoldan heç kim döndər bilməz”. Bu gün dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası davamlı inkişaf və tərəqqi dövrünü yaşayır. Sabitlik və sürətli sosial-iqtisadi inkişaf, aparılan genişmiqyaslı quruculuq işləri, açılan yeni iş yerləri, istehsal və xidmət sahələrinin yaradılması dövlət müstəqilliyinin bəhrələridir.
Ardını oxu... |
|