Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafın yeni mərhələsindədir. Quruculuq işlərinin və sosial proqramların miqyasının genişlənməsi dövlət-xalq birliyini daha da möhkəmləndirir. Şərur rayonunun Alışar kəndində müasir məktəb binasının və avtomobil yolunun istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Alışar kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib Noyabrın 10-da Alışar kənd tam orta məktəbinin yeni binasının açılışı olub.
Ardını oxu...
|
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz İkinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad edərək Zəfər qazandı. Zəfər tariximizin əbədiləşdirilməsi və şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Zəfər Abidəsi yaradılıb, Zəfər Parkı salınıb. Noyabrın 5-də - Zəfər Günü ərəfəsində Naxçıvan şəhərində Zəfər Abidəsi istifadəyə verilib, Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Ardını oxu...
Noyabrın 5-də Xatirə Muzeyindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Zəfər tariximiz” mövzusunda interaktiv dərs keçirilib. Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Rauf Bağırov tərəfindən keçirilən interaktiv dərsdə müzəffər ordumuzun 44 gün ərzində döyüş meydanında gücünü göstərməsi və qəhrəmanlıqla savaşaraq qələbə qazanması, Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqavimətinin qırılması haqqında ətraflı məlumat verilmişdir.
Ardını oxu... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Ardını oxu... |
|