Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada bütün idarə, müəssisə və təşkilatlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun qədim keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Oktyabrın 29-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksində olublar.
Ardını oxu...
|
“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı muxtar respublikaya ölkə səviyyəli məşqçi-müəllimlər və tanınmış idmançıların dəvət olunması istiqamətində görülən işlər uğurla davam etdirilir. Proqramın icrası ilə əlaqədar olaraq 28-30 oktyabr tarixlərində Azərbaycan Gimnastika Federasiyası və Naxçıvan Muxtar Respublika Atletika Federasiyası arasında dostluq əlaqələrinin gücləndirilməsi istiqamətində Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının 3 məşqçi-müəllimi və yığma komandadan ibarət 20 nəfər Naxçıvan şəhərində səfərdə olublar.
Ardını oxu...
Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib. Tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilib, Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib, cümhuriyyətin qurulması ilə bağlı videoçarx nümayiş etdirilib.
Ardını oxu...
2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Kəngərli Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 107-si tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov qeyd etmişdir ki, təhsilə göstərilən dövlət qayğısı sayəsində Kəngərli rayonunda da məktəblərin infrastrukturu yaxşılaşmış, məktəblər müasir avadanlıq, informasiya texnologiyaları və tədris vəsaitləri ilə təchiz olunmuşdur. Bu da ümumtəhsil məktəblərində şagirdlərin keyfiyyətli təhsil almasına və təhsildə yüksək nailiyyətlər qazanmasına geniş imkanlar yaradıb.
Ardını oxu... |
|