Oktyabrın 10-da “Duzdağ” hotelinin tədbirlər zalında 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının bağlanış mərasimi və qala gecəsi keçirilib. Olimpiadanın baş hakimi Freyd Loran qeyd edib ki, Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası möhtəşəm sonluqla başa çatıb. Bu, dünya arenasında təşkil olunan ən yaxşı yarışlardan biri oldu.
Ardını oxu...
|
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində uğur qazanan idmançılar və onların məşqçiləri ilə görüş keçirilib. Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində 20 və 23 yaşlı gənc oğlan və qızlar arasında ağır atletika üzrə ölkə birinciliyi keçirilib. Azərbaycanın 15 komanda və 150-dən çox idmançısının iştirak etdiyi çempionatda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının 3 idmançısı da mübarizə aparıb. İdmançılarımız ölkə birinciliyində uğurlu nəticə əldə edərək muxtar respublikaya 2 qızıl medalla qayıdıblar. Belə ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Gülcahan Əliyeva birdən qaldırmada 52, təkanla qaldırmada isə 65 kq, (ümumilikdə 117 kiloqram), Həsən Babayev isə 89 kiloqram çəki dərəcəsində birdən qaldırmada 104, təkanla qaldırmada isə 120 kq (ümumilikdə 232 kiloqram) qaldıraraq Azərbaycan çempionu adını qazanıblar. Qeyd edək ki, idmançılarımızın yaşının az olmasına baxmayaraq gənclər arasında keçirilən Azərbaycan birinciliyində iştirak ediblər.
Ardını oxu...
Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Came məscidinə gəlib, Peyğəmbərimizin mövludu münasibətilə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev qeyd edib ki, bu gün bütün İslam aləmi üçün ən əziz bayramlardan biridir. İslam aləmində müqəddəs sayılan və hicri təqvimi ilə Rəbiül-əvvəl ayına təsadüf edən mövlud gecəsində müsəlmanlar oyaq qalır, Quran oxuyur, sədəqə çıxarır, günahlarının bağışlanması üçün
Ardını oxu...
“Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”, - deyən ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-uşaq siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir, uşaqların layiqli vətəndaş olaraq formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada da uşaqların təlim - tərbiyəsinə və təhsilinə xüsusi diqqətlə yanaşılır, bütün təhsil pillələri, o cümlədən məktəbəqədər tərbiyə müəssisələri üçün müasir şərait yaradılır.
Ardını oxu... |
|