“Naxçıvan” Universitetində ümumtəhsil məktəblərinin müəllimləri, universitetin professor və müəllim heyətinin iştirakı ilə IX sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin müzakirəsi olub. Əvvəlcə “Naxçıvan” Universitetinin prorektoru Hüseyn Bağırsoylu müzakirənin keçirilməsinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov Ali Məclisin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsinin təmin edilməsinin bir vəzifə olaraq tapşırıldığını bildirib. Bu məqsədlə muxtar respublikanın qabaqcıl müəllimlərinin iştirakı ilə ayrı-ayrı dərslik və dərs vəsaitlərinin müzakirəsi aparılıb.