Naxçıvan şəhər 1, 2 və 3 nömrəli tam orta məktəblərinin II-VI sinif şagirdləri üçün 05 dekabr 2019-cu il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə “Mənim sevimli məşğuliyyətim” devizi altında ekskursiya təşkil edilib.
Ekskursiyada şagirdlərə mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2019-2020-ci tədris ilində mərkəzdə şagirdlərin asudə vaxtlarını səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin və istedadlarının üzə çıxarılması üçün 12-si yeni yaradılan olmaqla müxtəlif profilli 39 adda dərnək fəaliyyət göstərir.