Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq muxtar respublikada müəllimlər mərhələli şəkildə sertifikasiyaya cəlb olunurlar. Ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması 2 mərhələdə - test və müsahibə mərhələsində videoçəkiliş təmin edilməklə aparılır. Avqustun 23-də Heydər Əliyev adına Hərbi Liseyin müəllimlərinin sertifikatlaşdırılmasının I mərhələsi – test mərhələsi keçirilib. Test mərhələsində liseyin müəllimlərindən 34-ü tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris və təlim metodikasına aid müvafiq keçid balını toplayaraq təhsilverən sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanıb. Avqustun 30-da isə həmin müəllimlərin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzində müsahibə mərhələsi keçirilib. Müsahibə mərhələsini Təhsil Nazirliyinin Sertifikatlaşdırma Şurası aparıb.
Ardını oxu...
|
Bu gün muxtar respublikada dövlətimiz tərəfindən təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Elə bunun nəticəsidir ki, ötən dövr ərzində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Hazırda 17 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir. Ordubad rayonunda da təhsil müəssisələrinin infrastrukturunun, maddi tədris bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, ümumtəhsil məktəblərində müasir tədris şəraiti yaradılıb. Elə bunun nəticəsidir ki, müstəqillik illərində rayonda fəaliyyət göstərən 34 məktəbdən 33-ü yenidən qurularaq şagird və müəllimlərin ixtiyarına verilib.
Ardını oxu...
Avqustun 26-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik edib, gələcək təhsildə gənclərə uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov deyib ki, 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 19-u “Qızıl”, 22-si “Gümüş” nişana, 64-ü fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 55-i fərqlənmə attestatına layiq görülüb. Buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 1573-ü, yaxud 56 faizi 200 baldan yuxarı nəticə göstərib. Hazırda məzunların ali təhsil müəssisələrinə ixtisas seçimi aparılır. Muxtar respublika üzrə 254 məzun 500-dən yuxarı bal toplayıb. Rəhman Məmmədov muxtar respublika təhsilinin inkişafına göstərilən diqqət və qayğıya görə bütün təhsil işçiləri adından minnətdarlıq edib.
Ardını oxu... Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddincisessiyasındaAli Məclisin Sədri tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə digər mühüm məsələlərlə yanaşı, yeni tədris ilinə hazırlığın görülməsi ilə də bağlı tapşırıq verilib. Ötən müddətdə bu tapşırıqların icrası istiqamətində bir sıra işlər görülüb. Həyata keçirilən tədbirlərdən biri də şagirdlərin dərsliklərlə vaxtında təminatıdır. Bunun üçün nazirlik tərəfindən ümumtəhsil məktəblərindəki dərsliklərin təhlili aparılmış, yeni dərsliklərə tələbat müəyyənləşdirilmiş, cari ilin aprel ayında 243 min dərsliyin sifarişi verilmişdi. Sifariş verilən kitabların 118 mini artıq muxtar respublikaya gətirilib və növbəti günlərdə digər dərsliklərin də gətirilməsi təmin ediləcək.
Ardını oxu... |
|