Sentyabrın 28-də Naxçıvan Dövlət Texniki Kollecinin məzunları və kollecə yeni qəbul olan tələbələr ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Naxçıvan Dövlət Texniki Kolleci də bu qayğıdan bəhrələnib. Kollec üçün yeni tədris kompleksi istifadəyə verilib. Kompleksdə yaradılan auditoriyalar, kimya-biologiya, fizika və baytarlıq laboratoriyaları, tədris olunan ixtisaslara uyğun fənn kabinələri, kompüter otaqları, kitabxana və elektron vəsaitlər burada təhsil alan gənclərin savadlı, bacarıqlı mütəxəssis kimi yetişməsinə geniş imkanlar açıb. Bununla yanaşı kollecdə 2021-2022-ci tədris ilində istifadəyə verilən STEAM kabinəsi tələbələrin qazandıqları nəzəri bilikləri praktiki tətbiq etmək imkanı yaradıb.