Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə təhsil naziri Rəhman Məmmədov məruzə edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni məktəblər inşa edilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Aparılan təhsil quruculuğu təkcə rayon mərkəzlərini deyil, eyni zamanda ucqar dağ kəndlərini də əhatə etmişdir ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə əlverişli şərait yaratmışdır.
Ardını oxu...
|
Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri və üzvləri, Almaniyanın “Richard Wolf” şirkətininin regional direktoru və Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzinin direktoru ilə görüşüb. Ali Məclisin Sədri Bilik Günündə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində ilk dərs saatını tədris edikləri üçün qonaqlara təşəkkür edib, tədris bazası və təhsilin keyfiyyətinə görə Tibb fakültəsinin bölgədə nüfuza malik olduğunu, xarici ölkələrdən tələbələrin təhsil aldığını vurğulayıb.
Ardını oxu... Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən məktəblərdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib. Tədbirlərdə çıxış edən şəhər və rayon icra hakimiyyətlərinin başçıları Azərbaycan ordusunun keçdiyi Zəfər yolundan danışıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsində və sonrakı dövrlərdə ordumuzun apardığı hərbi əməliyyatlarda döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Şəhidlərin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün nümunə olduğu vurğulanıb. Qeyd edilib ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı qətiyyətlə alınıb, düşmən xeyli itkilər verərək geri çəkilib. Aparılan hərbi əməliyyatlarda vətənpərvər övladlarımız mətanətlə düşmənə sinə gərib, şəhidlik zirvəsinə ucalıblar. Bu gün məktəblərə qədəm qoyan gənclərimiz də hərtərəfli biliklərə yiyələnəcək, xalqımızın vətənpərvər övladları kimi qəhrəmanlarımızın şərəfli yolunu davam etdirəcəklər.
Ardını oxu... Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 4 avqust tarixli Sərəncamı ilə Kimya-Biologiya Təmayüllü Lisey yaradılıb. Sentyabrın 15-də - Bilik Günündə Kimya-Biologiya Təmayüllü Lisey kompleksi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək ilk dəfə tədrisə başlayan tələbə və şagirdləri, eləcə də muxtar respublikanın ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin bütün şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü, Kimya-Biologiya Təmayüllü Liseyin kollektivini isə həm də yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edib. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin müəllimi Məryəm Hüseynova və valideynlər adından Yeganə Nuriyeva çıxış ediblər. Çıxışlarda muxtar respublikada təhsilin inkişafı sahəsində görülən işlərdən bəhs olunub, yaradılan şəraitə görə minnətdarlıq edilib.
Ardını oxu... |
|