Müsabiqədə iştirak etmək istəyən şəxslər 1 sentyabr-1 oktyabr 2022-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Namizədlər test imtahanında iştirak üçün 100 manat məbləği “Şəxsi Kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin “Naxçıvanbank” ASC–dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 0900-dan 1230-dək və 1400-dan 1730-dək Dövlət İmtahan Mərkəzinə təqdim edilməlidir.
Bununla yanaşı, namizədlər Dövlət İmtahan Mərkəzinin inzibati binasına gələrək zəruri sənədləri (şəxsiyyət vəsiqəsinin, 1 ədəd 3×4 ölçüdə fotoşəklin, diplomun (ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında arayışın) və əmək kitabçasının (varsa) skan olunmuş surətlərini) təqdim etməklə qeydiyyatdan keçə bilərlər.
Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.
Maraqlananlar Dövlət İmtahan Mərkəzinin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya
Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
> elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.