Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov tədbirdə çıxış edərək müəllim və şagirdləri Bilik Günü münasibətilə təbrik edib. Qeyd olunub ki, bu gün muxtar respublikamızda digər sahələrlə yanaşı, təhsil sahəsi də Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən diqqət və qayğı ilə əhatə olunub, təhsil müəssisələri yeni avadanlıqlarla təchiz edilib, müəllimlərin iş şəraiti yaxşılaşdırılıb. Muxtar respublikamızda təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında məqsədyönlü və düşünülmüş dövlət siyasəti dayanır. İnşa olunan hər bir məktəb binası, yaradılan müasir təhsil şəraiti savadlı və vətənpərvər gəncliyin yetişdirilməsinə xidmət edir.
Ardını oxu...
|
Müstəqillik illərində Naxçıvanda müasir təhsil infrastrukturu yaradılıb, maddi-texniki baza möhkəmləndirilib, ümumtəhsil məktəblərinin ixtisaslı pedaqoji kadrlarla təminatı diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə ən ucqar dağ və sərhəd kəndlərində belə yeni təhsil ocaqları inşa olunub, ümumtəhsil məktəblərində təhsil şəraiti şəhər məktəbləri səviyyəsinə çatdırılıb.
Ardını oxu...
Ümumdünya Şahmat Federasiyasının qərarına əsasən 2022-ci ilin oktyabr ayında Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcəkdir. Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində olimpiadaya hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açıb, muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlərdən bəhs edib. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini, Təşkilat Komitəsinin üzvü Emin Hacıyev olimpiadaya hazırlıq işləri ilə bağlı məlumat verib. Qeyd olunub ki, Naxçıvan Şahmat Mərkəzində təmir işləri aparılıb, Beynəlxalq Şahmat Federasiyasının standartlarına uyğunlaşdırılıb, elektron şahmat lövhələri alınıb. Olimpiadanın rəsmi internet səhifəsi və əsasnaməsi hazırlanaraq Beynəlxalq Şahmat Federasiyasına göndərilib və məlumatlar federasiyanın rəsmi internet səhifəsində yerləşdirilib. Bu günədək 25 ölkədən 34 komanda qeydiyyatdan keçib.
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyası Azərbaycanda ixtisaslı milli kadrların hazırlanmasının əsasını qoymuş, iqtisadi potensial inkişaf etdirilmiş, sosial-mədəni, elm-təhsil və milli-mənəvi dəyərlər dirçəldilmiş, bu yolla gələcək müstəqillik üçün etibarlı zəmin yaradılmışdır. Dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirmiş, bu sahədə kompleks islahatlar həyata keçirilmişdir. “Müstəqil Azərbaycan Respublikasında təhsil, tərbiyə işi dövlətin əsas vəzifəsidir, dövlət başçısının, Prezidentin xüsusi qayğısı altındadır və onun əsas vəzifələrindən biridir”, – deyən ulu öndərin təhsil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı tərəfindən təhsil sistemində yenidənqurmanın həyata keçirilməsi, əlverişli şəraitin yaradılması, təhsilin inkişafı istiqamətində Dövlət proqramları və sərəncamların imzalanması təhsilimizin daha da inkişaf etdirilməsinə xidmət göstərir.
Ardını oxu... |
|