“Oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva” mövzusunda dərsi bölmənin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova aparıb.
Tədqiqatçı məktəblilərə əvvəlcə akademikin mənalı ömür yolu haqqında məlumat verib, onun sahib olduğu mühüm insani keyfiyyətlərdən söz açıb. Vurğulanıb ki, zəhmətsevərliyi, səmimiliyi, yüksək intellekti ilə insanların rəğbətini qazanan akademik Zərifə Əliyevanın şəxsiyyətində doğma vətənə, xalqa bağlılıq və başqa yüksək mənəvi keyfiyyətlər öz təcəssümünü tapmışdı.