Aprelin 21-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmlər doktoru Fərman Xəlilovun Sədərək Rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşü keçirilib. Sədərək kənd 1 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Mətanət Əliyeva bildirib ki, görüşün keçirilməsində məqsəd alimlərin məktəblə əlaqələrinin möhkəmləndirilməsi, eləcə də məktəblilərin еlmə olan marağının аrtırılmаsı və onların müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsıdır.
Ardını oxu...
|
STEAM-məntiqi düşüncə proseslərinə və problem həllinə diqqət yetirmək şagirdlərin hər sahədə uğur qazanmasına kömək edəcək zehni vərdişləri inkişaf etdirməyə imkan verir. Bu təhsil metodu şagirdlərdə İnformasiya Komnukasiya Texnologiyaları və elmi biliklərin inkişafına dəstək olmaq, onlarda kodlaşdırma və vizuallaşdırmaya marağı artırmağa təsir edən başlıca amildir. Şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq aprelin 21-də muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı növbəti interaktiv dərs təşkil olunub.
Ardını oxu...
Göygöl rayonunda yüngül atletikanın kross qaçış növü üzrə ölkə yaz çempionatı keçirilib. Azərbaycanın 24 bölgəsinin 250-dən çox idmançısının iştirak etdiyi çempionatda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının 4 idmançısı da mübarizə aparıb. İdmançılarımız ölkə birinciliyində uğurlu nəticə əldə edərək muxtar respublikaya 3 medalla qayıdıblar. Belə ki, 2000 metr məsafədə Aysu Abbasova bütün rəqiblərini qabaqlayaraq, Azərbaycan çempionu adına layiq görülüb. Digər qız idmançımız Zeynəb Babayeva isə 1000 metr məsafədə finiş xəttini üçüncü yerdə tamamlayıb.
Ardını oxu...
Aprel ayı muxtar respublika ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan olunub və aylıq çərçivəsində bir sıra tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublika yazıçıları ilə şagirdlərin görüşünün təşkil olunmasıdır. Görüş aprelin 20-də Naxçıvan Dövlət Texniki Kollecində baş tutub. Tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikamızda kitabxana şəbəkələrinin, kitab fondunun zənginləşdirilməsi diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, məktəb kitabxanalarının maddi bazası yaxşılaşdırılmış, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat ümumtəhsil məktəblərinə verilmişdir.
Ardını oxu... |
|