Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova iştirakçıların diqqətinə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində fəaliyyət göstərən gənc müəllimlər arasında yanvar-mart aylarında “Nə? Harada? Nə zaman?” intellektual oyunun rayon mərhələsi keçirilmişdir. Rayonlar üzrə qalib olan komandalar final mərhələsində iştirak etmək hüququ qazanmışlar. Bu gün isə “Nə? Harada? Nə zaman?” intellektual oyunun muxtar respublika mərhələsi keçirilir.
Ardını oxu...
|
Aprelin 13-də məktəblilər arasında keçirilən “Milli musiqi və rəqs” müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilib.Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışmışdır. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin infrastrukturu yenilənmiş, şagirdlərin təhsil alması üçün zəruri şərait yaradılmışdır. Bununla yanaşı təhsil muxtar respublikada uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilinin təmin edilməsi də diqqətdə saxlanılır. Bunun üçün məktəbdənkənar təhsil müəssələri müasir standartlara cavab verən ən yeni avadanlıqlarla zənginləşdirilib, uşaqların asudə vaxtlarında öz potensiallarını inkişaf etdirmələri üçün hərtərəfli şərait yaradılıb. Məktəbdənkənar təhsil müəssiələrində innovativ dərnəklərdə müasir biliklər, xalq yaradıcılığı nümunələri aşılanmaqla yanaşı, şagirdlərə milli musiqilər, rəqslər də öyrədilir. Bu da milli musiqi və rəqslərimizin təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Ardını oxu... Müsabiqədə iştirak etmək istəyən şəxslər 13 aprel-13 may 2022-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizədlər test imtahanında iştirak üçün 90 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 900-dan 1230-dək və 1400-dan 1730-dək Dövlət İmtahan Mərkəzinə təqdim edilməlidir. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər. Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar. Test imtahanında uğur qazanmış musiqi rəhbərlərinin fortepianoda ifa bacarıqları yoxlanılacaqdır. Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə gəlməklə müraciət edə bilərlər. Maraqlananlar Dövlət İmtahan Mərkəzinin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya
Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər
Ardını oxu...
Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və "Naxçıvan" Universitetinin birgə təşkilatçılığı ilə univeristetin idman zalında muxtar respublika məktəbliləri arasında STEAM layihələrindən ibarət növbəti “3D Bacarıqlar” və “Labirint robot” müsabiqəsi keçirilib. Şagirdlərin 3D çap texnologiyasından istifadə bacarıqlarını təkmilləşdirmək, alqoritm vasitəsilə kodlaşdırma bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilən “3D Bacarıqlar” və “Labirint robot” müsabiqələrində şəhər və rayon məktəblərinin VI-XI sinifləri üzrə 102 komanda olmaqla, ümumilikdə 200-dən artıq şagird iştirak edib.
Ardını oxu... |
|