• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün163
mod_vvisit_counterDünən633
mod_vvisit_counterBu həftə5501
mod_vvisit_counterBu ay2519
mod_vvisit_counterÜmumi2943330

Tarix: 04 Yan., 2025

STEAM və Robotexnika təlimlərini uğurla başa vuran müəllimlərə sertifikatlar verilib

Aprelin 19-da Naxçıvan  Muxtar  Respublikası  Təhsil Nazirliyi   tərəfindən  martın 1-dən aprelin 18-dək təşkil olunan STEAM və Robotexnika təhsili üzrə təlimləri uğurla başa müəllimlərə sertifikatlar verilib. Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi metodikası və robototexnika üzrə keçirilən təlimlərdə STEAM layihəsi tətbiq olunan ümumtəhsil məktəblərinin 55 müəllimi iştirak edib. Heydər Əliyev adına tam orta məktəbin STEAM Tədris Mərkəzində keçirilən tədbirdə təhsil naziri Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasında dövlət qayğısı nəticəsində Təhsil Nazirliyi tərəfindən uğurla tətbiq edilən STEAM layihəsinin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin muxtar respublikamızda tətbiqi imkanlarının öyrənilməsi və öyrədilməsindən ibarətdir.

Ardını oxu...

“Azərbaycanın görkəmli ədibləri” mövzusunda interaktiv dərs keçirilib

Aprelin 19-da “Mütaliə aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikası  Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə“Azərbaycanın görkəmli ədibləri” mövzusunda interaktiv dərs keçirilib. Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin bələdçisi tərəfindən aparılan dərsi muxtar respublikanın 200-dən çox məktəbinin şagirdləri izləyib. Dərsdə bildirilib ki, son illərdə Azərbaycanda, o cümlədən muxtar respublikada ədəbiyyat, incəsənət, teatr sahələrində yüksəliş xüsusilə nəzərə çarpır. Dövlətimiz tərəfindən Azərbaycan, eləcə də Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılara hər zaman xüsusi diqqət göstərilir, Azərbaycan ədəbiyyatının bədii fikir salnaməsinə layiqli töhfələr verən görkəmli ədəbiyyat nümayəndələri, şair və mütəfəkkirlərin həyat və yaradıcılıqlarının öyrənilməsi və təbliği istiqamətində də əhəmiyyətli işlər görülür, müxtəlif illərdə ayrı-ayrı görkəmli şəxsiyyətlərin həyatı ilə bağlı kitablar çap olunur.

Ardını oxu...

Pedoqoji profilli ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib

Aprelin 18– də “Sabahın müəllimi” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin pedaqoji profilli ixtisaslarının sonuncu kursunda təhsil alan  təcrübəçi tələbələrlə görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada təhsilin bütün sahələri dövlət qayğısı ilə əhatə olunub, müasir tələblərə cavab verən təhsil infra­strukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, yeni STEAM təlim metodunun tətbiqi üçün kabinələr yaradılıb, lazımi avadanlıqlarla təchiz olunub.  Qeyd olunub ki, muxtar respublikada pedaqoji kadrların təkmilləşməsi istiqamətində atılan addımlar, keçirilən təlim və təcrübələr bu sahədə əhəmiyyətli uğurların qazanılmasına şərait yaradıb.     Göstərilən dövlət qayğısı sayəsində Naxçıvan Muxtar Respublikasında öz sənətini sevən kifayət qədər peşəkar müəllim formalaşıb , bu peşəyə maraq artıb. Məhz bu görülən işlərin nəticəsidir ki, müəllim olmaq istəyənlərin sayında hər il artım müşahidə olunur

Ardını oxu...

Muxtar respublikada ilk dəfə olaraq “Gimnastika” dərnək üzvlərinin Bədii gimnastika üzrə nümunəvi çıxışları olub

Aprelin 15-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin, Atletika Federasiyasının birgə təşkilatçılığı ilə ilk dəfə olaraq  muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin “Gimnastika” dərnək üzvlərinin Bədii gimnastika üzrə nümunəvi çıxışları olub.
Bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının   təhsil naziri, Atletika Federasiyasının sədri Rəhman Məmmədov  çıxış edərək bildirib ki, bu gün muxtar respublikada şagirdlərin təhsili ilə yanaşı, onların  sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg