• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün338
mod_vvisit_counterDünən1319
mod_vvisit_counterBu həftə6251
mod_vvisit_counterBu ay11255
mod_vvisit_counterÜmumi2952066

Tarix: 09 Yan., 2025

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 16-da "Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərman imzalayıb.

Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II  hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir... Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır”. Muxtar respublikada da həyata keçirilən məhkəmə-hüquq islahatları bu sahədə fəaliyyətin müasirləşdirilməsinə, əhalinin müraciət imkanlarının asanlaşdırılmasına səbəb olmuş, müasir infrastruktur yaradılmışdır.
Fevralın 14-də Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Ardını oxu...

Naxçıvan məktəbliləri beynəlxalq müsabiqənin diplomuna layiq görülüblər

Muxtar respublikada elm və təhsilin vəhdəti istiqamətində yerinə yetirilən layihələrdən biri də “Sabahın tədqiqatçıları” layihəsidir. Layihənin əsas məqsədi elmi yaradıcılığa marağı olan şagirdlərin yenilikçi təhsil proqramlarını mənimsəməklə elmi dünyagörüşlərinin artırılmasına, gələcək peşə istiqamətlərini düzgün seçmələrinə və innovativ yaradıcılıq qabiliyyətlərinin inkişafına kömək etməkdir.

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbərliyi ilə hazırda 4 məktəbli iki layihə üzrə araşdırmalara davam edir. Naxçıvan Qızlar Liseyinin XI sinif şagirdi Nuray Məmmədova, 3 №-li tam orta məktəbin X sinif şagirdi Fərid Cabbarov, 14 №-li tam orta məktəbin X sinif şagirdi Ramiz Səfərli və 7 №-li tam orta məktəbin X sinif şagirdi Türkan Zülfüqarlının “Naxçıvan Muxtar Respublikasının təbii su mənbələri” adlı məqaləsi Rusiya Təbiətşünaslıq Akademiyasının nəşri olan “Международный школьный научный вестник” (Beynəlxalq məktəb elmi xəbərləri) jurnalında dərc olunub, jurnalın rəsmi internet səhifəsində yerləşdirilib. Məqalə müəllifləri və elmi rəhbər Fizzə Məmmədova sertifikat və diploma layiq görülüblər.

Məktəblilər, həmçinin ötən ilin dekabr ayında “İstedadların xəzinəsi” Beynəlxalq Təhsil Mərkəzinin keçirdiyi müsabiqədə “Naxçıvan Muxtar Respublikasının mineral su ehtiyatları” adlı layihə ilə iştirak ediblər. 167889 layihənin qatıldığı müsabiqənin nəticələrinə əsasən Naxçıvan məktəblilərinin layihəsi I yerə layiq görülərək I dərəcəli diplomla mükafatlandırılıblar.

Ağdaş Olimpiya İdman Kompleksində uşu üzrə “DƏMİR YUMRUQ - 4” respublika turnirində Kəngərli Rayon Uşaq-Gənclər İdman məktəbinin kikboksinq idman qrupunun üzvləri qızıl medala layiq görülüblər.

03-05 fevral 2022-ci il tarixlərdə Ağdaş Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan  uşu üzrə  “DƏMİR YUMRUQ - 4” respublika turnirində Kəngərli Rayon Uşaq-Gənclər İdman məktəbinin kikboksinq idman qrupunun üzvləri  Fərşad Süleymanov, Miryusif Seyidov və Adəm Əsgərov qızıl medala layiq görülüblər. Məhərrəm Abbasov, Turqay Həsənli və Əli Nəsrullayev isə gümüş medal qazanıblar. Bu nəticələrlə məşqçi Kaməddin Rzayevin rəhbərlik etdiyi “Şimşək” komandası turniri komanda hesabında üçüncü sırada bitirib.

Bundan əlavə idmançılarımız Ağdaşda kikboksinq üzrə respublika turnirində də iştirak ediblər. Turnirin yekun nəticələrinə əsasən Əli Nəsrullayev və Fərşad Süleymanov qalib olublar, Məhərrəm Abbaslı və Turqay Həsənli isə müvafiq olaraq ikinci, üçüncü yerlərə layiq görülüblər.

Uğurlu nəticə əldə edən idmançılara diplom və medallar təqdim edilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg