Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq muxtar respublikada müəllimlər ödənişsiz və mərhələli şəkildə sertifikasiyaya cəlb olunurlar. Ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırması 2 mərhələdə - test və müsahibə mərhələsində videoçəkiliş təmin edilməklə aparılır.
Yanvarın 17-dən başlayaraq sertifikatlaşdırmanın I mərhələsi – test mərhələsi keçirilir və bu proses aprelin 7-dək davam edəcək. Test mərhələsində ilk olaraq riyaziyyat müəllimləri iştirak etmiş və bu mərhələdə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris və təlim metodikasına aid müvafiq keçid balını toplamış 151 təhsilverən sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanıb.