• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün344
mod_vvisit_counterDünən1319
mod_vvisit_counterBu həftə6257
mod_vvisit_counterBu ay11261
mod_vvisit_counterÜmumi2952072

Tarix: 09 Yan., 2025

“Müasir dövrdə məktəbəqədər təhsilin təşkili xüsusiyyətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Naxçıvan Müəllimlər İnstitutu və  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün “Müasir dövrdə məktəbəqədər təhsilin təşkili xüsusiyyətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov ölkəmizdə və o cümlədən muxtar respublikada aparılan uğurlu təhsil islahatlarından,  təhsilə göstərilən hərtərəfli dövlət qayğısından danışıb.

Qeyd olunub ki, yarandığı ilk gündən dövlət qayğısı ilə əhatə olunan  institutda bakalavr, magistr, doktorantura səviyyələri üzrə kadr hazırlığı ilə yanaşı, muxtar respublikada diplomdan sonrakı təhsilin istiqamətləri üzrə məqsədyönlü işlər aparılır. İxtisasartırma və təkmilləşdirmə kurslarının təşkili, ümumtəhsil məktəb müəllimləri ilə seminar, dəyirmi masa, disput, kitab müzakirəsi, qabaqcıl təcrübənin yayılması və digər  tədbirlər həyata keçirilir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 03 aprel 2019-cu il tarixli  sərəncamına uyğun olaraq müəllimlik ixtisasları  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  hamiliyinə  verilib. Sərəncamın icrasına uyğun olaraq  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə sıx əlaqələr yaradılıb, müəllim kadrların ilkin və diplomdan sonrakı təhsilində yüksək keyfiyyətli nəticələr əldə olunub.

Azad Novruzov institutda kadr hazırlığı aparılan “Məktəbəqədər təhsil” ixtisasına verilən müasir tələblərdən də danışıb, bu ixtisasın “Dövlət tədris standartlarında”kı yeniliklərə toxunub.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, bu gün muxtar respublikada təhsilin bütün sahələrinədövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir.Şagirdlərin , tələbələrin  hərtərəfli bilik alması üçün yeni təhsil ocaqları tikilərək və yaxud  yenidən qurularaq maddi texniki bazası yüksəldilir.

Ardını oxu...

“Dastana döndü...Hər şəhid bir dastan...”layihəsinin yekun tədbiri keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V  Qrant Müsabiqəsində  qalib olan Ordubad rayonu Nüsnüs kənd tam orta məktəbin müəllimi Xədicə Məmmədovanın  “Dastana döndü...Hər şəhid bir dastan...” layihəsinin  bağlanış tədbiri keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov bildirib  ki, bu il muxtar respublika üzrə  4 layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V  Qrant Müsabiqəsinin qalibi olub. Bu layihələrdən artıq 3-ü yekunlaşıb, 1 layihə isə uğurla davam etməkdədir.

Layihə rəhbəri  Xədicə Məmmədova  bildirib ki, “Dastana döndü...Hər şəhid bir dastan...” layihəsində məqsəd ümumtəhsil məktəblərində şagirdlərə vətənpərvərlik hislərinin aşılanması və dövlətinə, xalqına, millətinə sevgi ruhunda yetişdirilməsi, Vətən müharibəsi şəhidlərinin tanıdılması, xatirələrinin əbədiləşdirilməsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Tərəfindən dərsliklərin müzakirəsi davam etdirilir

11 fevral 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin qabaqcıl kimya müəllimləri, Naxçıvan Dövlət Universitetin Kimya kafedrasının professor və müəllim heyətinin iştirakı ilə VII və X sinif Kimya dərsliklərinin müzakirəsi keçirilib.

Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə" keçirilən  müşavirədə Ali Məclisin Sədri tərəfindən verilən  tapşırıqların icrası diqqətdə saxlanılır.

Ardını oxu...

Məktəblilərin “Təsviri və dekorativ-tətbiqi sənət” müsabiqəsinin növbəti mərhələsi Babək rayonunda keçirilib

10 fevral 2022-ci il tarixdə Babək şəhər 2 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Təsviri və dekorativ-tətbiqi sənət” müsabiqəsinin rayon mərhələsi keçirilib.

Məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması məqsədilə keçirilən müsabiqədəTəhsil nazirinin müavini Heyran Əhmədova, Rəssamlar Birliyinin üzvləri Səyyad Bayramov, Həmzə Sadiqov və Babək Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov iştirak ediblər.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg