• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün339
mod_vvisit_counterDünən1319
mod_vvisit_counterBu həftə6252
mod_vvisit_counterBu ay11256
mod_vvisit_counterÜmumi2952067

Tarix: 09 Yan., 2025

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının hesabat yığıncağı keçirilib

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının 2021-ci ilin yekunu və 2022-ci ildə görüləcək işlərə dair hesabat yığıncağı keçirilib. Atletika Federasiyasının sədri Rəhman Məmmədov və Gənclər və İdman naziri Ramil Hacılı çıxış etmiş, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının 2021-ci ilə dair hesabatı dinlənilmiş, qazanılan nailiyyətlər, ölkə və beynəlxalq səviyyəli yarışlarda əldə olunan yüksək nəticələr barədə məlumat verilmişdir. Yığıncaqda 2022-ci ildə Federasiyanın fəaliyyətinin daha da inkişaf etdirilməsi, həmçinin komandaların tərkibinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilmiş, 2022-ci ilin tədbirlər planı təsdiq edilmişdir.

Yekunda səmərəli fəaliyyəti ilə fərqlənən federasiyanın bölmə rəhbərləri, məşqçi-müəllimlər və  bir qrup idmançı təşəkkürnamə, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

Məktəblilər arasında mikrobitlə hazırlanan “Mancanaq robot” müsabiqəsi keçirilib

Yanvarın 26-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika məktəbliləri arasında STEAM layihələrindən ibarət növbəti “Mancanaq robot” müsabiqəsi keçirilib.

Müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilib. Şagirdlərin mühəndislik, proqramlaşdırma və texnoloji biliklərinin tətbiqinə şərait yaratmaq məqsədilə mikrobit ilə idarə olunan və kodlaşdırılan mancanaq robot müsabiqəsində şəhər  və  rayon  məktəblərinin VI-XI sinifləri üzrə 32 komanda olmaqla, ümumilikdə 90 şagird iştirak edib.

Ardını oxu...

Kəngərli rayonunda gənc müəllimləri arasında kitab müzakirəsi keçirilib

27 yanvar 2022-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsi və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il Sərəncamı  il təsdiq edilmiş "Oxunması zəruri olan kitabların" siyahısına daxil edilmiş  publisist-politoloq Reyhan Mirzəzadənin “Pedaqoji fikir tarixindən” adlı kitabın  müzakirəsi keçirilmişdir.

Tədbirdə Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova çıxış edərək bildirmişdir ki, kitab müəllimlərin pеdаqоji pеşəyə hаzırlаnmаsında, ümumi pеdаqоji görüşlərinin dаhа dа inkişaf etdirilməsində, tаriх boyunca daim inkişаf еtmiş Azərbaycan məktəb və pеdаqоji irsinin öyrənilməsində böyük əhəmiyyət kəsb etmişdir. “Pedaqoji fikir tarixindən” kitabı da hər bir vətəndaşın şəxsiyyət kimi inkişafına, mənəviyyatına xidmət edir, bu kitab gələcək müəllimlər üçün də həmişə aktuallığını qoruyub saxlayacaqdır.

Ardını oxu...

Yeni işə başlayacaq müəllimlər üçün təlimlər başladı

Müəllimin səriştəli bir mütəxəssis kimi yetişməsində təlimlərin,  ixtisasartırma kurslarının, treninqlərin, elmi-praktik konfrans və seminarların müstəsna rolu vardır. Pedaqoji kadrların mütəmadi olaraq təkmilləşdirilməsi onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və hazırlığının keyfiyyətcə yüksək səviyyədə olmasını təmin edir. Məhz bu səbəbdən yanvarın 25-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yeni işə qəbul olunan müəllimlər üçün 3 günlük “İnnovativ müəllim” təliminə start verilmişdir. Təlimə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumtəhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul üçün elan edilmiş müsabiqənin 14-17 dekabr 2021-ci il tarixlərində keçirilən test imtahanlarında müvəffəqiyyət qazanaraq yeni fəaliyyətə başlayacaq 75 gənc müəllim cəlb edilmişdir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg