Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə ixtisasartırma kursundan hazırlanan videoçarx nümayiş olunub.
Universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında Kimya, Fizika və Biologiya ixtisaslarında təhsil alan tələbələrin müasir şəraitdə qurulan laboratoriyalarda dərs keçmələrinin ümumtəhsil məktəblərində şagirdlərin bilik və bacarıqlarının artırılmasına hesablanan addım olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, sözügedən fənlərin universitetdə bakalavr, magistratura və doktorantura pilləsində kadr hazırlığı həyata keçirilir.