Yanvarın 15-də Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən eksternat qaydada aralıq imtahanı keçirilib. İmtahanda müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən və həmin səviyyə üzrə buraxılış imtahanı verərək attestat almaq istəyən namizədlər iştirak edib.
Sərbəst (eksternat) təhsilalma forması əsasında müstəqil hazırlaşıb ümumi orta və ya tam orta təhsil üzrə buraxılış imtahanlarında iştirak etmək istəyən şəxslərin 22 noyabr 2021-ci il tarixdən 18 dekabr 2021-ci il tarixədək Təhsil Nazirliyində sənəd qəbulu aparılmışdır.