İnternat məktəbində qayğıya ehtiyacı olan uşaqlarla bayram görüşü

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin   kollektivi Ordubad şəhər İnternat tam orta məktəbində valideyn himayəsindən məhrum uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik etdi.

Çay süfrəsi ətrafında keçirilən görüşdə təhsil naziri Rəhman Məmmədov bildirdi ki, muxtar respublikada yaşayan uşaqlara, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, milli  ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması, sağlamlıqlarının  qorunması daim diqqət mərkəzində saxlanılır.  Nazir, uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik etdi, onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzuladı.

1276 muxtar respublika məktəblisi orta ixtisas təhsili müəssisələrinə ərizə verdi

Bu gün muxtar respublikada təhsilalanlar və təhsilverənlərin yüksək səviyyədə hərtərəfli şəraitlə təmin olunması, gələcəyimiz olan gənc yeniyetmələrin maariflənməsi, onların vətənpərvərlik, azərbaycançılıq ruhunda tərbiyə olunması, ixtisaslı bir gənc kimi formalaşması diqqətdə saxlanılır. Muxtar respublikada tələbələrin orta ixtisas təhsili müəssisələrində təhsil almaları və təhsillərini bitirdikdən sonra işlə təmin olunmaları üçün hər cür şərait yaradılır. Buna görə də, fevralın 21-dən martın 12-nə qədər ümumi orta təhsil (9 illik) bazadan orta ixtisas təhsili müəssisələrinə aparılan ərizə qəbulunda muxtar respublika məktəbliləri fəallıq göstərmişdir.

Orta ixtisas təhsili müəssisələrinə 9 illik bazadan keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün muxtar respublika məktəblilərindən 655-i oğlan, 621-i isə qız olmaqla, ümumilikdə 1276-sı ərizə verib. Bu isə ötən illə müqayisədə 25 faiz çoxdur. Bu nəticə isə abituriyentlərin təhsilin bu pilləsinə marağının daha da artdığının göstəricisidir.

Yüksək nəticə ilə işə təyin olunan gənc dövlət qulluqçusunu tanıyaq

Hacıyeva Ülviyyə Hafiz qızı-1987-ci ildə Babək rayon Şıxmahmud kəndində anadan olub. 2004-cü ildə Bakı şəhər Yasamal rayon 286 saylı tam orta məktəbi bitirib. Həmin il Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qiyabi formada daxil olub, 2009-cu ildə eyni ixtisas üzrə təhsilini başa vurub.

2004-2006-cı illərdə Babək rayon Şıxmahmud kənd tam orta məktəbində müəllim, 2006-2007-ci illərdə Bakı şəhər Binəqədi rayon 283 saylı tam orta məktəbində laborant, 2009-2011-ci illərdə “Naxçıvan” Universitetinin “İdrak” tədris mərkəzində bölmə rəhbəri, 2011-2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatında korrektor, 2018-2019-cu illərdə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Xəbərlər” redaksiyasında müxbir vəzifələrində işləyib. 5 mart 2020-ci ildən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifəsində işləyir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşının məqaləsi Türkiyədə işıq üzü görüb

Türkiyənin İzmir şəhərində işıq üzü görən “Adabelen” jurnalında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərovanın “Azərbaycanlı şair Məmməd Arazı tanıyaq” sərlövhəli məqaləsi dərc olunub.

Naxçıvan bürosu xəbər verir ki, müəllif məqalədə Azərbaycan poeziyasının milli iftixarı olan Məmməd Arazın həyatı və yaradıcılığı barədə oxuculara ətraflı məlumat verib.

Qeyd olunub ki, Azərbaycan poeziya sənətinin zəngin ənənələrini müstəqillik dövründə də yaşadaraq davam etdirən Xalq şairi Məmməd Arazın adı böyük ehtiramla anılır. Onun əsərləri gənc nəslə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayır. Doğma Vətənini sonsuz məhəbbətlə sevən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən ayrı təsəvvür etmək mümkün deyil.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi tərəfindən “vizuallaşdırılmış dərs” sosial layihəsinə start verilib

Bu layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığ­camlıq şagirdlərə az vaxtda səmərəli nəticələr əldə et­məyə imkan verir.

Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdirilir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg