“5 mart-Bədən Tərbiyəsi və İdman Günü” ilə bağlı futbol yarışı keçirilmişdir


“5 mart-Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar 3 mart 2020-ci il tarixdə Ordubad şəhər 3 nömrəli tam orta məktəbin futbol meydançasında Ordubad Rayon Uşaq Gənclər İdman məktəbinin dərnək üzvlərinin arasında futbol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Yarışda “Ordubad”, “Dəstə”, “Vənənd”, “Sabirkənd” qrupları olmaqla  4 komanda iştirak etmişdir.

 

Ardını oxu...

Gənc müəllim Əfsanə Ələsgərlini tanıyaq

Ələsgərli Əfsanə Sahib qızı -1 fevral 1997-ci ildə Şahbuz rayonunun Qarababa kəndində anadan olub. 2003-cü ildə Qarababa kənd orta məktəbinin I sinfinə gedib. 2014-cü ildə həmin məktəbi bitirərək 498 balla Naxçıvan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat və informatika müəllimliyi ixtisasına daxil olub. Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə keçirilən  görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri tərəfindən mükafatlandırılıb. 2019-cu ildə Naxçıvan Dövlət Universitetini ixtisası üzrə tam  kursunu bitirib.

Ardını oxu...

İdmanın kütləviliyi sağlam həyat tərzinin əsasını təşkil edir

Yüngül atletika idman növünün oğlanlar arasında inkişaf etdirmək və istedadlı atletlərin üzə çıxarılması məqsədilə 3 mart 2020-ci il tarixdə Şahbuz rayon ümumtəhsil məktəblərinin oğlanları arasında “Zərərli vərsişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında rayon birinciliyi keçirildi. Yarışda 17 məktəbin komandası iştirak edirdi. Böyük maraqla izlənilən yarışın yekununda

Şahbuz şəhər 1nömrəli tam orta məktəbin komandası I,

Ardını oxu...

Kitab müzakirəsi keçirilmişdir

3 Mart 2020-ci il tarixdə Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə IX-XI sinif şagirdləri arasında “Oxunması zəruri olan kitablar”ın siyahısında olan Nizaminin “Hikmət və Nəsihətlər”inin müzakirəsi keçirilmişdir.

Tədbirdə məktəbin şagird və azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak etmişdirlər.

Müzakirədə məktəbin sinifdənxaric və məкtəbdənкənаr tərbiyə işləri üzrə direktor müavini Səkinə Tağıyeva və digər çıxış edənlər bildirmişdirlər ki, bu kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşılayır.

Sonda şagirdlərin kitab haqqında düçüncələri dinlənilmişdir.

Voleybol ve basketbol yarışları yekunlaşmışdır

25 fevral 2020-ci il tarixdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə həmin məktəbin VIII-X sinifləri arasında start verilən “5 mart-Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş voleybol və basketbol birincilikləri 2 mart 2020-ci il tarixdə yekunlaşmışdır. Birincilikdə hər iki idman növü üzrə ümumilikdə 8 komanda iştirak etmişdir. Birinciliklərin yekununa əsasən voleybol üzrə “Zirvə” komandası I yerə, “Batabat” komandası II yerə, “Əlincə” komandası III yerə, basketbol üzrə isə “Nəqşicahan” komandası I yerə, “Qafqaz” komandası II yerə, “Qaraxan” komandası III yerə layiq görülmüşdür.

Sonda qalib komandalara təşkilatçıların diplomları təqdim olunmuşdur.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg